az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
7 avqust 2006

Respublikanın aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları tərəfindən sosial sahədə milli mарагларын qorunması, ölkədə narkotik vəziyyətin nəzarətdə saxlanılması, bu yöndə cinayətlərin aşkarlanması və açılması üçün zəruri tədbirlər davam etdirilir. Bir neçə gün bundan əvvəl Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdiril¬mişdir.

İran-Azərbaycan sərhədinin Yardımlı rayonu istiqamətində mütəşəkkil dəstənin narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olması barədə alınmış ciddi əməliyyat məlumatları əsasında bu il avqustun 5-də həmin rayonun sakini, 1960-cı il təvəllüdlü, rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahbazov Siyasət Hüseynağa oğlu və Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Əliyev Rafiq Əhməd oğlu saxlanılmışlar. Rafiq Əliyevin evinə baxış zamanı xüsusi qablaşdırılmış və üzərində istehsal möhürü olan külli miqdarda narkotik vasitə - ümumi çəkisi 12 kiloqram 807 qram həşiş aşkarlanmışdır.

Müəyyən edilmişdir ki, şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran vətəndaşları avqustun 4-də qaçaq yolla ölkəmizin dövlət sərhədindən keçirdiyi narkotik vasitələri Azərbaycan vətəndaşının yardımı ilə Siyasət Şahbazova çatdırmışdır. Sonuncu isə narkotik vasitəni yaşadığı mənzildə bir gün saxladıqdan sonra avqustun 5-də Bakı şəhərinə gətirərək Rafiq Əliyevə vermişdir.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.

İşin bütün hallarının araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

xəbər arxivi