az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
7 dekabr 2006

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident- əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, səfir Marko Borsottini səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul etmişdir.

Nazir Eldar Mahmudov səfir Marko Borsottini diplomatik fəaliyyəti müddətində Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafı yönümündə, habelə BMT İnkişaf Proqramı və "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımlarını və önəmli səylərini yüksək qiymətləndirmişdir.

Mehriban qarşılandığına və xoş sözlərə görə minnətdarlığını bildirən səfir Marko Borsotti Azərbaycanda fəaliyyətindən qürur duyduğunu, bu illərin onun qəlbində ən xoş xatirələrə çevriləcəyini bildirmişdir.

Səfir Marko Borsotti Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirmiş, bu işdə, eləcə də iqtisadi inkişaf və bütün sahələrdə hər cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyinin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunu xüsusi vurğulamışdır. O, səlahiyyət müddətinin bitməsi ilə əlaqədar buradan ayrılmasına baxmayaraq, daim Azərbaycanın və onun xalqının dostu qalacağını bildirmiş, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan ciddi siyasi-iqtisadi islahatların canlı şahidi kimi, respublikanın beynəlxalq aləmdə nüfuzlu dövlətə çevriləcəyinə əminliyini qeyd etmişdir.

Görüşün sonunda nazir Eldar Mahmudov səfir Marko Borsottiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulamış, onun Azərbaycanda daim istəkli qonaq kimi qarşılanacağını bildirmişdir.

xəbər arxivi