az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
09 iyun 2007

Milli Təhlükəsizlik Nazirliyinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daşımaqla məşğul olan mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilmişlər.

Yardımlı rayon sakinləri - 1974-cü il təvəllüdlü Fərruxov Dərgah Dəyyan oğlu, 1986-cı il təvəllüdlü Bağışov Baxşeyiş Bəybala oğlu, 1970-ci il təvəllüdlü Bəşirov Abasət Ağamoğlan oğlu və hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən digər şəxslər cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmişlər.

Məlum olmuşdur ki, 2007-ci il mayın 31-də hazırda Sumqayıtda yaşayan Dərgah Fərruxov bacısı oğlu Baxşeyiş Bağışovla birlikdə narkotik vasitələr əldə etmək üçün cənub bölgəsinə gəlmiş, Abasət Bəşirov isə onları Masallı rayonu ərazisində qarşılayıb öz avtomobili ilə Yardımlı rayonuna aparmışdır. Dərgah Fərruxov iyunun 1-də dövlət sərhədindən qanunsuz olaraq İran ərazisinə keçmiş, bir gün orada qaldıqdan sonra əldə etdiyi narkotik vasitələrlə həmin yolla Yardımlı rayonuna qayıtmışdır.

İyunun 4-də Dərgah Fərruxov səhər saat 04.05 radələrində Sumqayıt şəhərinə getmək üçün Abasət Bəşirovun idarə etdiyi avtomobillə Masallı rayonuna doğru hərəkət etmişdir. Abasət Bəşirov avtomobilinin tanınmaması məqsədi ilə qabaq dövlət nömrə nişanını kamuflyaj etmişdir. Masallı rayonu ərazisində Abasət Bəşirova dayanmaq əmri verilsə də, o, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb qaçmağa cəhd göstərmiş, lakin sürətlə idarə etdiyi avtomobili aşırdığından, buna nail ola bilməmişdir.

Həmin avtomobilə baxış zamanı qabaq oturacaq tərəfdəki bağlamanın içərisində narkotik vasitə olan 3 kiloqrama yaxın heroin və 5 kiloqramdan artıq həşiş aşkarlanmışdır. Baxşeyiş Bağışovun yaşadığı Yardımlı rayonunun Odurakəran kəndindəki evinə keçirilən baxış zamanı Dərgah Fərruxova məxsus 1 ədəd “Kalaşnikov” tipli avtomat silahı və müvafiq döyüş sursatı aşkarlanaraq götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi