az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
12 aprel 2006

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Türkiyə Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taner aprelin 10-12-də ölkəmizdə rəsmi səfərdə olmuşdur.
 
Türkiyəli qonaq və onu müşayiət edən şəxslər, general–leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı aprelin 11-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin abidəsi önünə əklil qoymuşlar. Sonra onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və 1918-ci ildə Bakıda bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə həlak olmuş türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılan abidə komplekslərinin önünə əklillər qoymuş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.

Həmin gün nazir Eldar Mahmudov Türkiyə Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taner və onu müşayiət edən şəxslərlə görüşmüşdür. Nazir Emre Tanerin Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da genişlənməsində önəmli rol oynayacağını vurğulamışdır.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluqla mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılmış, Türkiyə və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.

Nazir Eldar Mahmudov ölkədəki əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında qonağa ətraflı məlumat vermişdir.

Ölkələrimizin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını söyləyən Emre Taner, qardaş Azərbaycana səfərin onda xoş təəssüratlar oyatdığını qeyd etmişdir. Qonaq Türkiyə və Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin daim inkişaf etdiyini, keçirdiyi müxtəlif görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün səmərəli olacağına əminliyini vurğulamışdır.

Qarşılıqlı anlaşma şəritində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Türkiyə Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taner Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına gəlmiş, Şöhrət muzeyində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən tarixi sənədlərlə zəngin stendlərlə tanış olmuş, ulu öndər haqqında filmə baxmış, Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

xəbər arxivi