12 dekabr 2007
Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarini ziyarət etmişdir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti nazir general-leytenant Eldar Mahmudov başda olmaqla ümummilli lider Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı dekabrın 11-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, görkəmli siyasi və dövlət xadiminin xatirəsinə dərin ehtiramını bildirmiş, məzarı önünə əklil və tər çiçəklər qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.
|