az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
13 iyun 2007

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində özünü nazirliyin yüksək vəzifəli əməkdaşı kimi qələmə verən və ayrı-ayrı vətəndaşlara hədə-qorxu gələrək, şantaj yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə pul tələb edən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Asif Rasim oğlu yaxalanmışdır.

Azərbaycan vətəndaşı olan bir nəfər (öz xahişi ilə adı və soyadı göstərilmir) Alim Mahmudov adlı şəxsin özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, hədə-qorxu və şantaj yolu ilə ondan 5 milyon ABŞ dolları məbləğində pul istəməsi barədə bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdir.

Məlum olmuşdur ki, Asif İsmayılov digərləri ilə cinayət əlaqəsinə girərək göstərilən saxta adla həmin şəxsə onun guya cinayət məsuliyyətinə cəlb olunması üçün əlində tutarlı faktların olduğunu söyləmiş və həmin sənədlər əsasında vətəndaşa 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunacağı ilə hədə-qorxu gəlmişdir. Asif İsmayılov onun həbs olunması üçün guya artıq əməliyyat qrupunun hazır vəziyyətdə yaxınlıqda gözlədiyini, sonuncunun razılaşdığı təqdirdə bu sənədlərin 5 milyon ABŞ dolları müqabilində məhv ediləcəyinin və həmin vətəndaşı məsuliyyətdən yayındırmağın mümkünlüyünü bildirmişdir.

Vətəndaş şantaj edildiyini başa düşərək, əlavə vaxt udub Asif İsmayılovu ifşa etmək məqsədi ilə ona 4 milyon ABŞ dolları verməyi vəd etmiş və bunun üçün möhlət istəmişdir. Asif İsmayılov da bu şərtlə və məbləğlə razılaşmışdır. Bundan sonra vətəndaş Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmiş və göstərilən hallar barədə məlumat vermişdir. Vətəndaşın ərizəsi əsasında Asif İsmayılovun hüquqazidd əməlləri nəzarətə götürülmüş, onun ifşa olunması və yaxalanması üzrə xüsusi əməliyyat planı hazırlanmışdır.

2007-ci il mayın 29-da Asif İsmayılov Bakı şəhərində həmin vətəndaşdan yuxarıda qeyd olunan məbləğdə gətirildiyini güman etdiyi pulu qəbul edərkən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət başında yaxalanmışdır.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1-ci və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 310-cu (özbaşına olaraq vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) maddələri ilə cinayət işi başlanmış, istintaq hərəkətləri aparılır.

Asif İsmayılovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunur. Bununla əlaqədar, onun hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99).

xəbər arxivi