|
|
|
|
|
|
|
 |
|
 |
|
 |
|
|
 |
|
|
|
|
|
|
|
15 mart 2006 2006-cı il martın 15-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Dünya Azərbaycanlılarının II Qurultayında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris xanım Azəri başda olmaqla Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinin bir qrup üzvünü qəbul etmişdir.
Görüşdə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin olunması, habelə Azərbaycan cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsi və koordinasiyası məqsədilə 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının 1-ci Qurultayının keçirilməsi, Azərbaycan diasporunun formalaşması istiqamətində görülmüş işlər barədə nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat vermişdir. Təxmini hesablamalara görə hazırda dünyanın bir çox dövlətlərində 50 milyondan artıq soydaşımızın yaşadığını xatırladan nazir Eldar Mahmudov dünya azərbaycanlılarının ilk qurultayından ötən 5 il ərzində 300-dən artıq Azərbaycan icmasının və birliklərinin yaranmasının böyük önəm daşıdığını bildirmişdir.
Daha sonra, nazir Eldar Mahmudov respublikamızın məruz qaldığı erməni təavüzü, Ermənistanın işğalçılıq, terrorçuluq və soyqırım siyasəti, ölkəmizin düçar olduğu fəsadlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, Azərbaycana qarşı təhdidlərin qarşısının alınmasında yardım göstərilməsi, milli təhlükəsizliyin təmin olunması və milli maraqların qorunması üzrə birlik nümayiş etdirilməsində hər bir azərbaycanlının ayrılıqda və bütövlükdə diasporun üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişdir.
Görüşdə iştirak edən Amerika-Türkiyə Assosiasiyaları Assambleyasının prezidenti Vural Cengiz diasporların qarşısında duran vəzifələrlə bağlı nazir Eldar Mahmudovun fikirləri ilə tam razı olduğunu bildirərək, qondarma "erməni soyqırımı" ilə bağlı aparılan əsassız kampaniyaya və Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terrorçuluq siyasətinə qarşı türk və Azərbaycan diasporlarının birgə səy göstərmələrinin vacibliyini vurğulamışdır.
Səmimi və mehriban qarşılandıqlarına, ətraflı və dolğun məlumata görə təşəkkürünü çatdıran Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri mart ayının 16-da keçiriləcək Dünya Azərbaycanlılarının II Qurultayının Azərbaycan diasporunun təşkilatlanmasında mühüm rol oynayacağına əminliyini bildirmişdir.
|
|
|
xəbər arxivi
|
|
|
|
|
|
|
|
|
|
 |
|
|
|