az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
17 oktyabr 2006

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov oktyabrın 17-də NATO parlament Assambleyası Müdafiə və Təhlükəsizlik Komitəsinin gələcək təhlükəsizlik və müdafiə imkanları alt-komitəsinin sədri Vahid Ərdəmin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir Eldar Mahmudov regionda gedən proseslər və onun ölkəmizin siyasi-iqtisadi və əməliyyat durumuna təsiri, görülən adekvat tədbirlər, Azərbaycanın Avratlantika məkanına inteqrasiyası, NATO ilə sıx əməkdaşlıq əlaqələrinin səmərəsi barədə danışmışdır.

Eldar Mahmudov beynəlxalq terrorçuluq, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinə, müşahidə olunan yeni təhdidlərə qarşı mübarizə tədbirləri, enerji təhlükəsizliyi üzrə görülən tədbirlər haqqında ətraflı məlumat vermişdir. O, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olan terrorçuluğa qarşı mübarizə sahəsində antiterror koalisiyasına daxil olan tərəfdaş dövlətlərlə əməkdaşlığın mühüm əməliyyat kəsb etdiyini vurğulamışdır.

Səmimi qarşılandığına və ətraflı məlumata görə minnətdarlığını bildirən Vahid Ərdəm terrorçuluğa qarşı mübarizədə, habelə beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycanın görüyü işləri yüksək qiymətləndirmişdir. Qonaq Azərbaycanın müvafiq qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin NATO ilə əməkdaşlıq sahəsində fəal rol oynadığını qeyd etmiş, qlobal problemə çevrilən terrorçuluğa qarşı məhz qlobal yanaşmanın, səylərin birləşdirilməsinin, səmərəli məlumat mübadiləsinin həyata keçirilməsinin vacibliyini bildirmişdir.

İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

xəbər arxivi