az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
21 sentyabr 2006

Milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət müddətini bitirmiş xanım Meri Verntsi və yeni rəhbər təyin olunmuş Martin Amaşeri qəbul etmişdir.

Dövlət Komissiyasının sədri Eldar Mahmudov xanım Meri Verntsin Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Eldar Mahmudov Martin Amaşeri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə təbrik edərək, qurumlar arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirmişdir.

Sədr Eldar Mahmudov əsir və girovların azad edilməsi, itkinlərin axtarışı işində Dövlət Komissiyası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında işgüzar əlaqələrin yarandığını, ötən illər ərzində Komissiyanın səyləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 1388 Azərbaycan vətəndaşının erməni əsirliyindən azad edilməsi istiqamətində birgə fəaliyyəti yüksək qiymətləndirmişdir. Eldar Mahmudov son zamanlar müvafiq beynəlxalq strukturların itkinlərin tapılması, əsir və girovların azad edilməsi sahəsinə maraq göstərmələrinin humanizm və bəşəri prinsiplər baxımından çox önəmli olduğunu, ümumi işə fayda gətirəcəyini bildirmişdir. 

O, həmçinin atəşkəs dövründən uzun müddət ötməsi ilə əlaqədar və zaman keçdikcə itkinlərin sonrakı taleyinin araşdırılmasının daha da çətinləşdiyini, bu sahədə əməkdaşlığın yeni formatının işlənilməsi və itkinlərin axtarışı işinin fəallaşdırılması yollarının aranmasının vacibliyini qeyd etmişdir.

Xanım Meri Vernts və Martin Amaşer səmimi qəbula və dolğun məlumata, görüşdən aldıqları təəssürata görə Dövlət Komissiyasının sədri Eldar Mahmudova təşəkkürlərini bildirmişlər. Xanım Meri Vernts xüsusilə son dövrlər Dövlət Komissiyası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq münasibətlərinin daha işgüzar, səmimi və səmərəli xarakter aldığını, görülmüş işlərin gələcək fəaliyyət üçün münbit zəmin yaratdığını qeyd etmiş, sədr Eldar Mahmudovun tövsiyə və təkliflərinin diqqətlə öyrəniləcəyini və tətbiqinin ümumi işə fayda verəcəyinə inamını bildirmişdir.

İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə bundan sonra da əməkdaşlığın davam etdirilməsinin və birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

xəbər arxivi