az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
22 iyun 2006

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunson MakKinlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqlara regionda gedən proseslər, mövcud vəziyyət və meydana çıxan müxtəlif növ təhlükələr barədə məlumat verən nazir E.Mahmudov, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən adekvat tədbirləri, yaradılmış çevik qurumların fəaliyyətinin təşkili və müvafiq beynəlxalq strukturlarla əməkdaşlıq əlaqələri üzrə görülən işləri diqqətə çatdırmışdır.

Milli təhlükəsizlik naziri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemə toxunaraq, ölkəmizin işğal olunmuş ərazilərinin, eləcə də İranla həmsərhəd 130 kilometr hissənin nəzarətdən kənarda qaldığını, bu amilin nəinki Azərbaycanın, eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu, belə vəziyyətin qanunsuz miqrasiya və narkotrafik üçün əlverişli şərait yaratdığını söyləmişdir.

Eldar Mahmudov iqtisadi baxımdan sürətlə inkişaf edən və eyni zamanda sivil və demokratik prinsiplərin, dayanıqlı sabitliyin bərqərar olduğu Azərbaycanın təkcə xarici iş adamları üçün deyil, qanunsuz miqrantlara da cəlbedici göründüyünü, ona görə də bu məsələ ilə bağlı məqsədyönlü adekvat tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Brunson MakKinli, Azərbaycana xüsusi münasibət bəslədiyini, respublikada sürətlə gedən müsbət dəyişikliklərə, ölkəmizdə miqrasiya problemlərinə və onların həllinə dövlət səviyyəsində diqqətlə yanaşıldığına toxunmuşdur. Qonaq, həmçinin biometrik ölçülərlə bağlı qlobal sistemin və vahid məlumat bazasının yaradılmasının, bu yöndə müzakirələrin aparılmasının vacibliyini, habelə “Miqrantların könüllü qayıtmasına yardım Proqramı” çərçivəsində Azərbaycana da maliyyə yardımı göstərilməsinin mümkünlüyünü qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

xəbər arxivi