az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
24 mart 2007

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN SABUNÇU VƏ YASAMAL RAYON İDARƏLƏRİNİN YENİ BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR

Martın 24-də milli təhlükəsizlik orqanlarının yaranmasının 88 illiyi ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu və Yasamal rayon idarələrinin yeni inzibati binalarının açılışı olmuşdur.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Bakıxanov qəsəbəsində tikilmiş yaraşıqlı binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra mərasim iştirakçıları foyedə MTN-in tarixini və bu gününü əks etdirən fotostendlə tanış olmuşlar.

Binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış oıan nazir E.Mahmudov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamız yüksək iqtisadi tərəqqi yoluna qədəm qoymuş, ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunmuşdur. Azərbaycanın bütün şəhər və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bu gün açılışına toplaşdığımız Sabunçu rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binası da məhz bu quruculuq işlərinin tərkib hissəsidir.

Nazir binanın keyfiyyətlə inşasına görə rayon icra hakimiyyətinin, bu işdə rolu və dəstəyi olmuş digər qurumların rəhbərliyinə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, idarənin bütün otaqları yeni mebellə və müasir texniki vasitələrlə təmin edilmişdir.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev bildirmişdir ki, son illər milli təhlükəsizlik orqanlarında aparılan islahatlar, əhali ilə əlaqələrin genişlənməsi, milli maraqların və dövlət təhlükəsizliyinin mühafizəsi istiqamətində atılan uğurlu addımlar, cinayətkarların zərərsizləşdirilməsi məqsədilə həyata keçirilən əməliyyatlar bu qurumun cəmiyyətdə nüfuzunu xeyli artırmışdır.

Həmin gün Yasamal rayonunda da MTN-in yerli idarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Rəmzi qırmızı lenti kəsən milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov və mərasim iştirakçiları əvvəlcə foyedə ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətlərini, MTN-in tarixini və bu gününü əks etdirən fotostendlərə baxmışlar.

Otaqlardakı iş şəraiti, müasir texniki avadanlıqla tanış olduqdan sonra nazir Eldar Mahmudov və rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev əməkdaşları təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışlar.

xəbər arxivi