az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
24 iyun 2008

Vətəndaşlarin etibarindan sui-istifadə edərək külli miqdarda əmlak ələ keçirmiş dələduz yaxalanmişdir

Milli Təhlükəsizlik Nazirliyinin nazirliyin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan, 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən barəsində axtarış elan edilmiş Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mürsəlova Meyxanım Baba qızı yaxalanmışdır.

Müəyyən edilmişdir ki, Meyxanım Mürsəlova 2007-ci ilin ortalarında Sabirabad rayonunun Kovlar kənd sakini Hüseyn Hüseynov ilə tanış olmuş, sonuncunun qardaşı Zaur Hüseynovun 1994-cü ildə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşdüyünü bildikdə bundan faydalanmaq məqsədi güdmüşdür. Meyxanım Mürsəlova özünü Mehriban Mehdizadə kimi təqdim edərək, Hüseyn Hüseynovun etibarını qazanmış və müharibədə itkin düşmüş qardaşının yerinin müəyyən olunması üçün onlara kömək edəcəyinə söz vermişdir.

Bundan sonra Meyxanım Mürsəlova itkin düşmüş şəxsin Sabirabad rayonunda yaşayan valideynləri və digər qardaşı ilə də tanış olmuşdur. Meyxanım Mürsəlova onlara Zaur Hüseynovun hazırda Ermənistan Respublikasında əsirlikdə olduğunu bildirmiş və onun guya əsirlikdən azad edilməsi üçün ailə üzvlərini aldadaraq 2007-ci ilin iyun ayından 2008-ci ilin may ayınadək ayrı-ayrı vaxtlarda külli miqdarda əmlaklarını ələ keçirib mənimsəmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, işin bütün hallarının araşdırılması üçün istintaq tədbirləri davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, Ermənistan Respublikasının ölkəmizə təcavüzünün nəticələrinin qurbanları olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, habelə həmin soydaşlarımızın ailə üzvlərinin və qohumlarının belə hallara məruz qalmamaları üçün Dövlət Komissiyasının işçi qrupuna, yaxud Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmələri məqsədəuyğundur. Ümumiyyətlə, bu növ cinayət əməllərindən zərər çəkmiş vətəndaşlardan 405-99-99 əlaqə telefonuna zəng etmələri xahiş olunur.

xəbər arxivi