az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
25 mart 2005

Martın 28-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz peşə bayramlarını, təhlükəsizlik orqanlarının yaranmasının 86-cı ildönümünü qeyd edəcəklər. Bu ərəfədə ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması və milli təhlükəsizlik orqanları barədə cəmiyyətin daha dolğun məlumatlandırılması məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin "www.mns.gov.az" ünvanında rəsmi Internet səhifəsi yaradılmışdır.

Nazirliyin internet səhifəsi müvafiq sahələr üzrə kataloqlar, faydalı informasiya resursları və linklərlə təmin olunmuşdur. Saytda Azərbaycanın təhlükəsizlik orqanlarının təşəkkül tarixi və onun fəaliyyətinin müxtəlif istiqamətlərinə, həmçinin ayrı-ayrı dövrlərdə təhlükəsizlik orqanlarına rəhbərlik etmiş şəxslərə dair avtobioqrafik məlumatlar, xüsusi xidmət orqanının fəaliyyətinin əsasını təşkil edən qanunvericilik bazası, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizə istiqamətində atılan addımlar, bu sahədə beynəlxalq əməkdaşlıq, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının göstərdiyi fədakarlıqlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi aspektləri, nəticələri və müasir dövrdə münaqişənin nizamlanması yolunda aparılan siyasi xətt, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti və erməni terrorizminin əsil mahiyyəti tutarlı dəlillərlə geniş işıqlandırılır. İctimaiyyətlə əlaqələr, kitabxana, MTN-in Akademiyası, muzey, fotoalbom bölmələrində istifadəçilər onları maraqlandıran məlumatlarla tanış olmaq imkanına malik olacaqlar. Bundan başqa, MTN-in rəsmi saytında ictimaiyyətlə əlaqələrin çevikliyinin təmin edilməsi üçün xüsusi əlaqə ünvanları da nəzərdə tutulmuşdur.

Cari il martın 28-dən etibarən Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet səhifəsinin istifadəçiləri nazirliyin fəaliyyəti barədə ilk mənbədən obyektiv və qərəzsiz informasiya əldə etmək imkanına malik olacaqlar.

xəbər arxivi