az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
25 aprel 2008

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat peşəkar dələduzun yaxalanması ilə nəticələnmişdir

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, uzun müddət özünü nazirliyin yüksək vəzifəli əməkdaşı kimi qələmə verərək, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan, Bakı şəhər sakini, vətəndaşlığı olmayan 1956-cı il təvəllüdlü, əvvəllər dələduzluq və talama, habelə rüşvət vermə cinayətlərinə gorə iki dəfə məhkum olunmuş Baxşeş Ərdəşir Yusifəli oğlu yaxalanmışdır.

Müəyyən edilmişdir ki, özünü Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşı, polkovnik Adil Baxşəliyev kimi təqdim edən Baxşeş Ərdəşir ayrı-ayrı vətəndaşların əmlakını ələ kecirmək məqsədi ilə onları müxtəlif dövlət strukturlarına işə düzəltmək adı ilə aldatmaqla məşğul olmuşdur. Baxşeş Ərdəşir hələ 2005-ci ilin yazında tanışı Ağakərim Mirzəyevin vasitəçiliyi ilə vətəndaşlar - Anar Şirinov və onun atası Sədaqət Şirinov ilə görüşərək, Anarı 12 min ABŞ dolları müqabilində MTN-də işə düzəltmək barədə razılaşmışdır. Sonrakı görüşlərində Milli Təhlükəsizlik Nazirliyinin zabiti adı ilə şəxsən Anar Şirinovla guya kadr hazırlığı məqsədi ilə uydurma psixoloji testlər keçirmiş, nazirliyə işə qəbul üçün müvafiq sənədlərin surətlərinin ona catdırılmasını tapşırmışdır.

Baxşeş Ərdəşir 2005-ci ilin mayında Bakı şəhərində yerləşən kafelərin birində Anar Şirinov və onun əmisi Elbrus Şirinovla görüşərək, guya işə qəbul olunmaq üçün tələb olunan sənədlərin, yəni Anara məxsus ali təhsil haqqında diplomun, hərbi biletin, şəxsiyyət vəsiqəsinin, xarici dil kurslarını bitirmə haqqında şəhadətnamənin kserosurətlərini və iki ədəd fotoşəkilini də almışdır. Bundan sonra, Baxşeş Ərdəşir Ağakərim Mirzəyevin idarə etdiyi avtomaşında Elbrus Şirinovdan 5 min ABŞ dollarını Anar Şirinovu işə düzəltmək adı ilə aldadıb almış, guya işə qəbul edildikdən sonra isə əlavə daha 7 min ABŞ dolları vermələri barədə onlarla razılığa gəlmişdir. Baxşeş Ərdəşir 2005-2007-ci illərdə dəfələrlə Anar Şirinovla görüşüb işinin həll edilməsi mərhələsində olduğunu vəd etmiş, gələcəkdə MTN əməkdaşı kimi hazırlıq testində iştirak etmək, tibbi müayinədən keçmək, kadrlar şöbəsinin əməkdaşı ilə görüşmək adı ilə onu aldadaraq, müxtəlif vaxtlarda özünün idarə etdiyi avtomaşında MTN-in inzibati binasının yaxınlığına gətirmiş, hər dəfə də guya müəyyən şəxslərlə telefon əlaqəsi saxlayaraq, müxtəlif bəhanələrlə hələlik işin uzandığını bildirmişdir. Bununla da, Baxşeş Ərdəşir özünü vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşın qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, aldatma yolu ilə Anar Şirinovun 5 min ABŞ dollarını ələ keçirərək ona maddi ziyan vurmuşdur.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmış, Baxşeş Ərdəşir təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baxşeş Ərdəşirin özbaşına olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi kimi hərəkətlərindən və dələduzluq əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99). İş üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi