az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
26 yanvar 2006

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Avstriyanın Dövlətin Qorunması və Terrorizmə Qarşı Mübarizə üzrə Federal Agentliyinin direktoru Gert-Rene Polli yanvarın 25-də ölkəmizdə birgünlük rəsmi səfərdə olmuşdur.

Həmin gün avstriyalı qonaq, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Nazir Eldar Mahmudov ilə Gert-Rene Pollinin görüşündə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual vəzifə olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, ölkələrimizin xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının əməli inkişaf perspektivləri müzakirə olunmuşdur.

Nazir Eldar Mahmudov respublikamızdakı əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, o cümlədən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında qonağa ətraflı məlumat vermişdir.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktual məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Gert-Rene Polli respublikamıza səfərindən xoş təəssüratlar aldığını, Avstriya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin formalaşmasından məmnun qaldığını və keçirilmiş görüşlərin dövlətlərimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

xəbər arxivi