az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
30 avqust 2005

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Gürcüstanın Kəşfiyyat Depatamentinin sədri Batu Kuteliyanın başçılıq etdiyi nümayəndə heyətinin 2005-ci il avqust ayının 29-30-da ölkəmizə rəsmi səfəri barədə

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Gürcüstanın Kəşfiyyat Depatamentinin sədri Batu Kuteliyanın başçılıq etdiyi nümayəndə heyəti 2005-ci il avqustun 29-30-da ölkəmizdə rəsmi səfərdə olmuşdur.
Qonaqlar və Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudov, həmçinin nazirliyin bir qrup əməkdaşı ilk öncə fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuş və daha sonra akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək düzmüşlər. Bundan sonra qonaqlar şəhidlər xiyabanında vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarının üzərinə də güllər düzmüş və onların xatirəsinə ucaldılmış əbədi məşəl abidəsinin önünə əklil qoymuşlar.
Sonra general-leytenant Eldar Mahmudov Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kuteliya və nümayəndə heyətinin digər üzvləri ilə görüşmüşdür.
Görüşdə nazir Eldar Mahmudov müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, təhlükəsizliyin və sabitliyin təmin olunması, beynəlxalq terrorçuluğa, ekstremizmə, mütəşəkkil cinayətkarlıq və onun transmilli növlərinə qarşı aparılan mübarizə üzrə görülmüş işlər barədə danışmış, regiondakı mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Eyni zamanda, nazir Eldar Mahmudov hər iki dövlətin ərazisində nəzarətsiz zonaların mövcudluğu, bu ərazilərdən narkotrafik, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər məqsədlərlə istifadə olunması məsələlərinə də toxunmuş, bununla əlaqədar görülən adekvat tədbirlər barədə danışmışdır.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə, təşəkkürünü bildirən Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kuteliya iki qonşu dövlət arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmiş, regional təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın xüsusi xidmət orqanları ilə budan sonra da əməkdaşlığa önəm veriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə mühüm regional və beynəlxalq əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılmış, bu istiqamətdə hər iki ölkənin xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının, qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanmışdır.
Qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.

xəbər arxivi