az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
I FƏSİL. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi
Azərbaycan Respublikasının milli təhlükəsizliyi-dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici    təhdidlərdən qorunmasının təmin edilməsidir.

Maddə 2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri
2.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri aşağıdakılardır:
2.0.1. insan-onun hüquq və azadlıqları;
2.0.2. cəmiyyət-onun maddi və mənəvi dəyərləri;
2.0.3. dövlət-onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.

Maddə 3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və   tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır.

Maddə 4. Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu qanun və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı    beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 5. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri
5.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:
5.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi;
5.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;
5.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;
5.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;
5.0.5. beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;
5.0.6. insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Maddə 6. Azərbaycan Respublikasının milli maraqları
6.1. Azərbaycan Respublikasının milli maraqları-Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.
6.2. Azərbaycan Respublikasının siyasi sahədə əsas milli maraqları aşağıdakılardır:
6.2.1. dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü;
6.2.2. konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu;
6.2.3. Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması;
6.2.4. vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması;
6.2.5. ictimai-siyasi sabitliyin təmin edilməsi;
6.2.6. kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması;
6.2.7. dünya azərbaycanlılarının həmrəyliyi;
6.2.8. xaricdə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsi;
6.2.9. Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya;
6.2.10. beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması.
6.3. Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqları aşağıdakılardır:
6.3.1. iqtisadi potensialın artırılması;
6.3.2. bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi;
6.3.3. iqtisadi sabitliyin təmin olunması;
6.3.4. iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması;
6.3.5. təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi;
6.3.6. regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsi.
6.4. Azərbaycan Respublikasının sosial sahədə əsas milli maraqları Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir.
6.5. Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları-dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.
6.6. Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakılardır:
6.6.1. məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi;
6.6.2. informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;
6.6.3. informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;
6.6.4. dünya rabitə və informasiya sisteminə daxil olma.
6.7. Azərbaycan Respublikasının ekoloji sahədə əsas milli maraqları-cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılmasıdır.
6.8. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində əsas milli maraqları-Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk və milli    iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifadə olunması və onun artırılmasıdır.

Maddə 7. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər
7.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir.
7.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur.
7.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mənbələrindən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.
7.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.
7.5. Siyasi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.5.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;
7.5.2. ictimai-siyasi sabitliyin pozulması;
7.5.3. insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər;
7.5.4. dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi;
7.5.5. milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması;
7.5.6. ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması;
7.5.7. qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi;
7.5.8. xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti;
7.5.9. dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi;
7.5.10. digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə;
7.5.11. Azərbaycan Respublikasının maraqlarına toxuna bilən mövcud və potensial regional münaqişələrin olması;
7.5.12. beynəlxalq terrorçuluq.
7.6. İqtisadi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.6.1. dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloci asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin    fəaliyyətinin pozulması;
7.6.2. iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı;
7.6.3. Azərbaycan Respublikasının dünya iqtisadiyyatından təcrid olunması;
7.6.4. maliyyə-kredit sisteminin pozulması, maddi və maliyyə vəsaitlərinin ölkədən qanunsuz çıxarılması;
7.6.5. təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi;
7.6.6. investisiya aktivliyinin zəifləməsi.
7.7. Sosial sahədə əsas təhdidlər aşağıdakılardır:
7.7.1. müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin səmərəsizliyi;
7.7.2. sosial hüquqların pozulması;
7.7.3. demoqrafik vəziyyətin kəskinləşməsi və nəzarətsiz miqrasiya proseslərinin intensivləşməsi;
7.7.4. əhalinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi;
7.7.5. sosial müdafiə sisteminin zəifliyi.
7.8. Hərbi sahədə əsas təhdidlər aşağıdakılardır:
7.8.1. Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi;
7.8.2. digər ölkələr tərəfindən Azərbaycan Respublikasının hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi;
7.8.3. xarici ölkələrin Azərbaycan Respublikası ilə sərhədlərinin yaxınlıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması;
7.8.4. Azərbaycan Respublikası ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi;
7.8.5. Azərbaycan Respublikasına qarşı kütləvi qırğın silahlarının tətbiqi və ya tətbiqinin mümkünlüyü;
7.8.6. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsalat texnologiyalarının yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsi cəhdləri;
7.8.7. silahların məhdudlaşdırılması və ixtisarı barədə beynəlxalq razılaşmaların pozulması;
7.8.8. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət;
7.8.9. Azərbaycan Respublikasının dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq;
7.8.10. başqa dövlətlərin ərazisində Azərbaycan Respublikasının əleyhinə göndərilməsi üçün silahlı birləşmələrin və qrupların hazırlanması.
7.9. İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır:
7.9.1. informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
7.9.2. informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
7.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
7.9.4. digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;
7.9.5. informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər.
7.10. Ekoloji sahədə əsas təhdidlər aşağıdakılardır:
7.10.1. ekoloji tarazlığın pozulması və ekoloi vəziyyətin kəskin pisləşməsi;
7.10.2. ekoloji cəhətdən zərərli texnologiyaların təhlükə yaradacaq miqyaslarda tətbiqi, təsərrüfat obyektlərinin təbii fəlakətlərə, texnogen xarakterli fövqəladə hadisələrə və təxribatlara məruz qalma ehtimalı, epidemiya və epizootiyaların yayılması;
7.10.3. su mənbələrinin, atmosferin və dəniz mühitinin təhlükəli miqyaslarda çirklənməsi;
7.10.4. ekoloji mədəniyyət səviyyəsinin aşağı olması.
7.11. Elm, mədəniyyət və mənəviyyat sahəsində təhdidlər aşağıdakılardır:
7.11.1. təhsil səviyyəsinin, elmi-texniki və intellektual potensialın zəifləməsi;
7.11.2. Azərbaycanın tarixinə, dilinə, mədəni irsi və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması.
7.12. Azərbaycan Respublikasının milli maraqları, milli təhlükəsizliyinə yaranan təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda öz əksini tapır.

«MİLLİ TƏHLÜKƏSİZLİK HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil. Ümumi müddəalar
II fəsil. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması
III fəsil. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissələri və sahələri
IV fəsil. Yekun müddəalar