az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
III fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASININ TƏRKİB HİSSƏLƏRİ VƏ SAHƏLƏRİ

Maddə 14. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissələri
14.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin mənbələrindən asılı olaraq, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması vəhdət təşkil edən iki tərkib hissənin məcmusudur:
14.0.1. xarici təhlükəsizlik-Azərbaycan Respublikasının həyati əhəmiyyətli mənafelərinin kənardan mümkün risk, təhlükə və təhdidlərdən qorunması üçün siyasi-diplomatik və ya hərbi, yaxud eyni zamanda həm diplomatik, həm də hərbi tədbirlər kompleksinin həyata keçirilməsi;
14.0.2. daxili təhlükəsizlik-Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial sabitliyin, cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunması üçün müvafiq şəraitin yaradılması.

Maddə 15. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələri
15.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur.
15.2. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması    məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər.
15.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələrinin dəqiq müəyyənləşdirilməsi və vahid dövlət siyasəti kimi həyata keçirilməsi üçün müvafiq konsepsiya və onun əsasında konkret proqramlar qəbul edilir və təşkilati tədbirlər  həyata keçirilir.

Maddə 16. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması
16.1. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının və onun yaratdığı siyasi təsisatların dövlət hakimiyyəti məsələlərini müstəqil həll etmək, insan və cəmiyyətin maraqları naminə suveren daxili və xarici siyasəti həyata keçirmək imkanının və qabiliyyətinin təmin edilməsidir.
16.2. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:
16.2.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunun qorunması və ərazi bütövlüyünün təminatı məqsədilə zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi;
16.2.2. Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının alınması;
16.2.3. ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və dayanıqlılığının təmin olunması;
16.2.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin yaradılması və onun səmərəli fəaliyyətinin təmin edilməsi;
16.2.5. ictimai təhlükəsizliyin təmin edilməsi;
16.2.6. Azərbaycan Respublikası vətəndaşlarının ölkənin daxilində və xaricində hüquqlarının müdafiəsi məqsədilə müvafiq hüquqi mexanizmlərin inkişaf etdirilməsi;
16.2.7. vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması, xalqın vahidliyinin möhkəmləndirilməsi;
16.2.8. Azərbaycan xalqının vahidliyi, vətəndaş birliyi və ictimai həmrəyliyinə qarşı yönəlmiş hərəkətlərin qarşısının  alınması;
16.2.9. vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması;
16.2.10. separatçılığın, siyasi, etnik, dini ekstremizmin qarşısının alınması üçün millətlər və dini təriqətlər arasında münasibətlərin tənzimlənməsi;
16.2.11. mövcud məzhəb ayrılıqlarının və müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısının alınması;
16.2.12. Azərbaycan Respublikasının milli maraqlarının xarici ölkələrdə təmin olunması üçün mütəşəkkil diasporun təşkil olunması;
16.2.13. sülh və insanlıq, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətlərin, xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətlərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
16.2.14. beynəlxalq təhlükəsizlik sistemlərində iştirak edilməsi;
16.2.15. Azərbaycan Respublikasının digər dövlətlərlə əməkdaşlığının bərabər tərəfdaşlıq əsasında həyata keçirilməsi;
16.2.16. beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Maddə 17. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyin təmin olunması
17.1. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.
17.2. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı tədbirlər görülür:
17.2.1. Azərbaycan Respublikasının iqtisadi potensialının artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə iqtisadi müstəqilliyinin təmin olunması;
17.2.2. ölkə iqtisadiyyatının inkişafını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi;
17.2.3. ölkədaxili və beynəlxalq maliyyə təsisatları arasında qarşılıqlı sərfəli əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi;
17.2.4. Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması məqsədi ilə büdcə vəsaitlərinin və dövlət ehtiyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;
17.2.5. iqtisadiyyatın inkişafının təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi;
17.2.6. iqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi;
17.2.7. iqtisadiyyatda qeyri-mütənasib inkişafın qarşısının alınması;
17.2.8. iqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatının təkmilləşdirilməsi;
17.2.9. milli məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması;
17.2.10. enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismarı ilə bağlı layihələrin həyata keçirilməsi vasitəsi ilə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası;
17.2.11. iqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması.
17.3. Azərbaycan Respublikasının sənaye potensialının saxlanılması və möhkəmləndirilməsi üçün dövlət xarici sərmayəçilərə verilmiş zəmanətlərə riayət etməklə, xarici hüquqi və fiziki şəxslərin iştirakı ilə yaradılmış müəssisələrin istifadəsinə, yaxud mülkiyyətindəki iqtisadi obyektlərin vəziyyətinə və istismarına nəzarəti həyata keçirir.
17.4. Azərbaycan Respublikasının strateci ehtiyatlarının istifadəsi üzrə müqavilələrin bağlanmasında və yerinə yetirilməsində milli təhlükəsizliyin təmin olunması tələbləri mütləq nəzərə alınır.
17.5. Azərbaycan Respublikasında daxili bazarın vahid və müstəqil maliyyə sisteminin, milli valyutanın qorunması, maddi və maliyyə vəsaitlərinin ölkə hüdudlarından qanunsuz çıxarılmasının qarşısının alınması, kommunikasiya və energetika sisteminin    fasiləsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.

Maddə 18. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması
18.1. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması vətəndaşların həyatı, sağlamlığı və maddi rifahının qorunmasının, cinayətkarlığın qarşısının alınmasının, miqrasiya və demoqrafik proseslərinin tənzimlənməsinin təmin edilməsidir.
18.2. Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
18.2.1. vətəndaşların şəxsi təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması zəmanətlərinin möhkəmləndirilməsi;
18.2.2. əhalinin sosial müdafiəsinin yüksəldilməsi və fiziki sağlamlığının qorunması üçün sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması;
18.2.3. cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və sosial inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;
18.2.4. vətəndaşların sosial müdafiəsi üçün ayrılan vəsaitlərin səmərəli bölgüsünün və ünvanlı istifadəsinin təmin edilməsi;
18.2.5. qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi;
18.2.6. yoxsulluğun aradan qaldırılması;
18.2.7. miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi.
Maddə 19. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması
19.1. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər    kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir.
19.2. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
19.2.1. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması, mövcud hərbi ehtiyatların səfərbərlik üçün hazır vəziyyətdə saxlanılması;
19.2.2. hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlərin tətbiq edilməsi;
19.2.3. Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasının əldə olunması;
19.2.4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi;
19.2.5. kütləvi qırğın silahlarının işlənib hazırlanmasının, istehsalının, yayılmasının, ehtiyatlarının yaradılmasının və tətbiqinin qarşısının alınması istiqamətində fəaliyyət göstərilməsi;
19.2.6. hərbi təhsil sisteminin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ixtisaslı kadrlarla təminatı işinin yaxşılaşdırılması;
19.2.7. hərbi xidmət əleyhinə cinayətkarlığa qarşı mübarizə aparılması;
19.2.8. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;
19.2.9. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsal texnologiyalarının qanunsuz yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsinin qarşısının alınması;
19.2.10. Azərbaycan Respuspublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, döyüşə hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
19.2.11. müdafiə kompleksi sahəsində strateci əhəmiyyətli obyektlərin, həmçinin hərbi maraqlar baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi.
19.3. Hərbi və hərbi-texniki müqavilələrin bağlanmasında və yerinə yetirilməsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tələbləri mütləq nəzərə alınır.
19.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, habelə hərbi qüvvələrin, silah, hərbi texnika, kütləvi qırğın silahı komponentləri və    texnologiyalarının tranzit daşımalarına yol verilmir.

Maddə 20. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması
20.1. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir.
20.2. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
20.2.1. Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;
20.2.2. dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanılması;
20.2.3. informasiya infrastrukturunun inkişaf etdirilməsi;
20.2.4. dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi;
20.2.5. kompüter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə;
20.2.6. informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması.

Maddə 21. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması
21.1. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması ətraf mühitin ona zərərli təsirlər nəticəsində yaranan təhdidlərdən qorunmasıdır.
21.2. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
21.2.1. ekoloji təhlükəsizlik siyasətinin konseptual əsaslarının hazırlanması və tətbiqi;
21.2.2. Azərbaycan Respublikasının ekoloji sahədə milli təhlükəsizliyinə xarici təhdidlər, ətraf mühitə təsir vasitələrinin hərbi və ya digər düşmən niyyətlə tətbiqini qadağan edən beynəlxalq müqavilələrə zidd olan xarici dövlət və təşkilatların niyyət və tədbirləri haqqında məlumatların əldə edilməsi;
21.2.3. radioaktiv, bakterioloji və kimyəvi maddələrlə ölkənin əhalisinə və iqtisadiyyatına zərər vurmaq məqsədi ilə ətraf mühitə təsir edilməsinə yönəldilmiş fəaliyyətin qarşısının alınması;
21.2.4. yüksək ekoloji təhlükəli obyektlərə qəsdlər üçün zəmin yaradan cinayət əməllərinin aşkarlanması və qarşısının alınması;
21.2.5. müasir texnologiyaların tətbiqi ilə təbii ehtiyatların səmərəli istifadəsinin və ətraf mühitin mühafizəsinin gücləndirilməsi;
21.2.6. enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, fövqəladə hadisələrə, təxribatlara məruz qalma ehtimalına qarşı kompleks tədbirlərin həyata keçirilməsi;
21.2.7. təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində elmi cəhətdən əsaslandırılmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi və onun tətbiqinə nəzarətin həyata keçirilməsi;
21.2.8. insan fəaliyyətinin təbiətə zərərli təsirinin azaldılması istiqamətində tədbirlər görülməsi, vətəndaşların sağlamlığı üçün yaranmış təhlükələr barədə onların vaxtında xəbərdar edilməsi və bu təhlükələrin aradan qaldırılması;
21.2.9. əhalinin ekoloji maarifləndirilməsi;
21.2.10. təbii fəlakətlərin vaxtında proqnozlaşdırılması, qoruyucu və qabaqlayıcı tədbirlərin görülməsi.
21.2.11. ekoloji cinayətlərə qarşı mübarizə aparılması.

Maddə 22. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması
22.1. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin, mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki    potensialının daxili və xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsidir.
22.2. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:
22.2.1. Azərbaycan xalqının tarixi və mədəni irsinin, dilinin, adət-ənənələrinin, milli özünüdərkinin xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsi;
22.2.2. ümumdünya mədəniyyətinin qloballaşması prosesində milli mədəniyyətimizin özünəməxsusluğunun qorunması;
22.2.3. dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətimizin tərəqqisində istifadə üçün imkanların yaradılması;
22.2.4. beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının tarixi və mədəni abidələrinin qorunmasının təmin edilməsi;
22.2.5. elmi potensialın qorunmasına və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarının hazırlanıb həyata keçirilməsi;
22.2.6. elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi;
22.2.7. ictimai mənəviyyat əleyhinə cinayətkarlığa qarşı mübarizə.

Maddə 23. Azərbaycan Respublikasının dövlət təsisatlarının təhlükəsizliyinin təmin edilməsi
23.1. Azərbaycan Respublikasının dövlət təsisatlarının təhlükəsizliyinin təmin olunması dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsi və onların xidməti fəaliyyətinin əsas göstəricilərindən biridir.
23.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tələbləri mütləq qaydada aşağıdakı hallarda nəzərə alınmalıdır:
23.2.1. ölkənin inkişaf istiqamətlərinin, sosial-iqtisadi mərhələlərinin strateci planlaşdırılması zamanı;
23.2.2. qanunların və digər normativ-hüquqi aktların hazırlanması, qəbulu və icrası zamanı.
23.3. Azərbaycan Respublikasının dövlət orqanlarının formalaşdırılmasına və fasiləsiz fəaliyyət göstərməsinə qarşı yönəlmiş hər hansı hərəkətə və qərar qəbul edilməsinə yol verilmir.
23.4. Dövlət aşağıdakı istiqamətlərə yönəlmiş tədbirlər görür:
23.4.1. dövlət orqanlarında qulluğun nüfuzunun və hörmətinin yüksəldilməsi;
23.4.2. müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin dövlət orqanlarında qulluğa daxil olmasını istisna edən təşkilati-hüquqi mexanizmlərin yaradılması.
23.5. Azərbaycan Respublikasının dövlət qulluqçuları öz fəaliyyətlərində ümumdövlət maraqlarını rəhbər tutmağa borcludurlar. Dövlət qulluqçularının dövlət hakimiyyətinin nüfuzuna xələl gətirən qərarlar qəbul etməsi və hərəkətlərə yol verməsi qadağandır.

Maddə 24. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tədbirlərinin həyata keçirilməsi tələbləri və vasitələri
24.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tədbirləri həyata keçirilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
24.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsində bütün dövlət orqanlarının və vəzifəli şəxslərin səlahiyyətlərinin dəqiq bölünməsi, onların əlaqəli fəaliyyət göstərməsi üçün bu siyasətin ardıcıl reallaşdırılması, həmçinin qanuni əsaslarla       vətəndaşların həmin tədbirlərdə iştirak etməsi;
24.1.2. milli maraqların qorunması üçün real və potensial, daxili və xarici təhdidlərə qarşı adekvat tədbirlərin görülməsi;
24.1.3. insanın, cəmiyyətin və dövlətin qarşılıqlı məsuliyyəti, onların maraqlarının tarazlaşdırılması.
24.2. Azərbaycan Respublikası öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir.
24.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyi milli maraqların müdafiəsinin zəruri səviyyəsinin əldə edilməsi və saxlanılması vasitəsi ilə təmin olunur:
24.3.1. dövlətin bu sahədəki fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;
24.3.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması və proqnozlaşdırılması;
24.3.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə əməliyyat və uzunmüddətli kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən bu təhdidləri doğuran səbəb və şərtlərin aradan qaldırılması;
24.3.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə, o cümlədən dövlətdaxili, transsərhəd və qlobal xarakterli ekstremal və fövqəladə vəziyyətlərdə milli təhlükəsizliyin təmin edilməsi üçün qüvvə və vasitələrin səfərbər edilməsi;
24.3.5. Azərbaycan Respublikasının milli maraqlarının qorunması, milli təhlükəsizliyə qəsd edən qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün təxirəsalınmaz qərarlar qəbul edilməsi və tədbirlər görülməsi;
24.3.6. Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş qəsdlərin nəticələrinin lokallaşdırılması və ləğv edilməsi, kompleks bərpa tədbirlərinin həyata keçirilməsi.

«MİLLİ TƏHLÜKƏSİZLİK HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil. Ümumi müddəalar
II fəsil. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması
III fəsil. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının tərkib hissələri və sahələri
IV fəsil. Yekun müddəalar