az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
ÖLÜMÜNƏ İNANMIRIQ

Riad, qardaşım, bu sənin də bayramındır! Bu yubileydən sənə də pay düşür. Və hər dəfə MTN-nin tarixindən söhbət açanda həmişə olduğu kimi səndən fəxrlə danışacağıq: Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovdan. Riad, haqqında olan bu yazının altından hamımız imzamızı qoyuruq - sən, mən və itkinə, ayrılığına inanmayan, zarafatlarını xatırlayıb, sənli günləri bir də yaşayan dostların və ailən…

«Mən, Əhmədov Riad 1956-cı ilin dekabrın 20-də anadan olmuşam. Atam Əhmədov Fikrət Mərkəzi Komitədə işləyir. Anam Bahar xanım xəstəxanada həkimdir. Valideynlərimlə münasibətim yaxşı və səmimidir…»

Elədir, valideynlərin sevgiləri, məsləhətləri ilə həmişə sənə kömək olublar. Minskdə DTK-nın ali kursunda təhsil alanda məktubları ilə sənin yanında idilər:

«Salam, mənim əziz oğlum! Axırıncı söhbətlərdən sonra başa düşdüm ki, darıxırsan. 25 yaşın var, məsləhət etməliyəm sənə: Döndü yoxdur, çalış axıra qədər oxu (Nə qədər çətin olsa da). Mən sənə ana ürəyimin bir hissəsini çatdırmaq istəyirəm. Çalışsan, nümunəvi olsan, hər şey yaxşı olacaq. Çalış hamı ilə dil tap, nəzakətli və dözümlü ol. Sən qarşına məqsəd qoymusan, ona çatmalısan. «Qanım hərbçi qanıdır». Yadındadır? Bunu sən deyirdin.

Öpürəm balamı.

Sənin anan.

May ayının axırı üçün Minskə gəlməliyəm.

9.XII.1981 Anan.

P.S. «Yoldaşlarına salam de. Ad gününü təbrik edirəm. Cansağlığı arzulayıram».

«Salam, əzizim Riad! Getdiyin bir-iki gündür, bizsə sənin üçün darıxırıq. Evdə yaman az qaldın. Dərslərin necədir? O tərəflər soyuqdur. Buralar hələ ki, istidir. Dərslərinə fikir ver. Sən təbiətən möhkəm adamsan, keçdiyin fənləri tədricən mənimsəsən, sonralar təcrübədə çox köməyinə çatacaq. Oğlum, baban deyərdi ki, sizin işinizdə əsas dözüm, özünə nəzarət, sadəlik və təvazökarlıqdır.

Riad, mən bilirəm ki, sən məktub yazmağı xoşlamırsan, amma hərdən ailəmizin rahatlığı üçün bunu et.

Hələlik. Sənə uğur arzulayıram. Anandan və Mehribandan salam.

Qucaqlayıram. Atan.

Bakı, 16.XI.1981»

«Mən lap körpəlikdən Naxçıvan Sərhəd Dəstəsinin baş zabiti olan babamın yanına tez-tez qonaq gedirdim. Onu və dostlarını görüb, mən də çekist olmağı arzulayırdım. Bu arzu mənimlə birlikdə böyüyürdü».

Dostlar: - «Riad əsl peşəkar idi. Hərbi incəliklərinə qədər bilirdi. Öz üzərində daim çalışırdı».

«Müvəffəqiyyətlər məni ruhlandırır, uğursuzluqlar səfərbər edir. Bədbinliyə qapılmamaq üçün uğursuzluğa aparan səhvlərimi tapmağa çalışıram. Məncə xasiyyətimin zəif cəhəti utancaqlığımla birləşən həddən ziyadə olan təvazökarlığımdır. Mən bu cəhətə müəyyən həyat hadisələrində üstün gəlməyi bacarmalıyam.

Təbiətən təmkinliyəm, ətrafdakıların fikrinə obyektiv yanaşır, səmimiliyi saxtakarlıqdan ayırmağa çalışıram. Səmimi münasibətlərdə mən özümü rahat və inamlı hiss edirəm.»

Dostları: «Riad çox səmimi idi. Sadə idi. Hamıya bacardığı köməyi edirdi. Dostlarının dərdini özününkü bilirdi».

«Dostluq qarşılıqlı və səmimi olmalı, uzun illər davam etməlidir. Mənim dostlarım və bacım var. Onlar məsləhətləri ilə mənə bir insan kimi formalaşmağımda kömək edir və həyatımda böyük rol oynayırlar».

Bacın Mehriban ad günündə sənə həmişə nəsə alırdı. İndi də sənsiz belə sənin yaşını qeyd edir.

«Təbiəti, musiqini, heyvanları çox sevirəm.»

Döyüş dostu: «Riad çox həyatsevər idi. Hər şeydən zövq alırdı. Qızlarını dünyalar qədər sevirdi. Kiçik qızı - Fərizənin doğulmasını Çaykənddə qeyd eləmişdik. Çay və konserv ilə.»

«Mən maddi rifaha həyat zərurəti prinsipindən yanaşıram.

Bunu həyatımda əsas saymıram. Mənim həyat mövqeyim təmiz, ədalətli olmaqdır».

Dostları - «Riad geniş dünyagörüşünə malik idi. Həmişə oxuyar, təzə bir şey öyrənməyə can atardı. Mövzunu yaxşı bilmirdisə, mübahisəyə girişmirdi. Girişirdisə, son nöqtəni o, qoyurdu. Riad həmişə həmsöhbəti ilə sərbəst danışırdı. Söhbət zamanı sezilmədən təşəbbüsü və üstünlüyü ələ alırdı. Tənqidə, iradlara sakit yanaşır, onları dəf etməyə çalışırdı».

«Mən özümü iradəli və cəsarətli hesab edirəm. Həyatımda stress hadisələri olub - 2 dəfə avtomobil qəzasına düşmüşəm. 9-cu sinifdə oxuyanda avtoqəza zamanı zərbə məni mikroavtobusun qabaq kabinəsindən kənara atmışdı. Lakin aldığım zədələrə baxmayaraq, ayağa qalxıb, dəmir çubuq taparaq zərbədən kip bağlanmış mikroavtobusun qapısını açıb, yaralı insanları kənara çıxarmışdım».

Döyüş dostu: «Riad 1990-cı ildə DTK-nın tərkibində yaranan ilk xüsusi təyinatlı dəstənin heyətində rəhbər vəzifələrdən birini tuturdu.

1990-92-ilə qədər Şuşa, Goranboy, Füzuli, Hadrut, Mardakert, Martuni, Əsgəran, Ağdam rayonlarının müdafiəsində və gedən döyüşlərdə onun dəstəsindən itki olmamışdı. Riad qorxu nə olduğunu bilmirdi. Əsl döyüşçü idi. Goranboy rayonu Erkec kəndində gedən döyüşdən ancaq Riadın peşəkarlığı nəticəsində itkisiz, yaralısız çıxdıq. Riad atəş altında olanda belə zarafatından qalmırdı. Depressiya hissi ona yad olduğundan başqalarını da bədbinlik içində qalmağa qoymurdu. Amma bunlarla bərabər sərt və soyuqqanlı idi. Özünə və başqalarına qarşı. «Sərtlik olmasa, biz döyüşə bilmərik» - deyirdi. Riski sevirdi. Həmişə öndə idi».

«Fiziki və zehni ağırlıqlara normal tab gətirirəm. İçkiyə mənfi yanaşır, hərdən siqaret çəkirəm. İdmanı çox sevirəm. Güləş, tennis, voleybol və atıcılıqla məşğul olmuşam. Amma üstünlüyü atıcılığa verirəm. Bu idman növü insanda məqsədyönlülüyü tərbiyə edir».

Dostları: «Riad məqsədyönlü, prinsipial idi. İstədiyinə nail olurdu».

«Qiraəti çox sevirəm. Əsasən də, bədii, hərbi və macəra ədəbiyyatını. Bir də musiqini və yatmağı xoşlayıram. Rəngkarlıqdan böyük zövq alıram. Məktəbdə oxuyanda şer yazmağa cəhd də göstərmişdim. Amma məncə çox da yaxşı yazmıram».

Riad Ədliyyə Nazirliyində işləyəndə «Ədliyyə işçisi» adlı divar qəzetinin redkollegiyasının üzvü idi. Qəzetin maraqlı və rəngarəng çıxmasına çalışırdı. Minskdə DTK-nın ali kursunda isə divar qəzetinin redaktoru idi.

«Mən əsl çekist olub, Vətənimi qorumaq istəyirəm. Bilirəm, bu çətin, ağır işdir. Amma mən buna hazıram».

Riad Vətəni qorumağa hər vaxt hazır idi. Nə xəstəliyin yaratdığı hərarət, nə də döyüşdə aldığı zədələr onu saxlamırdı. Bakıda qalıb müalicə olunmağı ağlına belə gətirmirdi.

1992-ci il. 25 yanvar. Satqınlığın qurbanı olmuş «Daşaltı əməliyyatı». Bu ilk əməliyyat idi ki, Riadın dəstəsi itki verdi. Riad isə özününkülərə rabitə ilə bu sözləri çatdıra bildi: «Döyüş gedir. İtkilər var. Ayağımdan yaralanmışam…» rabitə kəsilir.

Riad, sənin haqqında 6 il bundan qabaq «Salam Riad» adlı məqaləni yazan jurnalist qayıdacağına və nə vaxtsa, sənə salam verəcəyinə hələ də inanır.

Dostuna «Riad haqqında yazmaq istəyirəm» - deyəndə diksindi: «Riadın meyiti tapılmayıb… Tək silahı tapılıb».

Anan hələ də yolunu gözləyir. Böyüdükcə sənə çox bənzəyən Fərizə bu bənzərliyi sənin də görəcəyinə ümid edir.

Mənsə… Mənsə inanıram, sən nə vaxtsa qayıdacaqsan, əvvəllər olduğu kimi özün barədə danışıb, deyəcəksən: «Mən Əhmədov Riad…»

Pakizə Bəşirova

“Sərhəd”. 28 mart 1999-cu il

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)