az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)

Azərbaycan alimləri işğal altında Ağdam ərazisində ermənilərin apardığı arxeoloji qazıntılarla əlaqədar birgə məlumat yayıblar.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın imzaladığı sənəddə Azərbaycana qarşı Dağlıq Qarabağla əsasız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilərin növbəti saxtakarlığa əl atdığı bildirilir: “Bu dəfə erməni “tarixçiləri”, guya, uydurma “Böyük Ermənistan”ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə heç bir elmi əsası olmayan hay-küy yaymağa başlayıblar. Bu cür uydurma məlumatlar müxtəlif ölkələrin, o cümlədən Polşa mətbuatının səhifələrində dərc olunmaqdadır. Bu yaxınlarda guya erməni arxeoloqlarının Azərbaycanın işğal altında olan Ağdam rayonu ərazisində Tiqranakert şəhərinin qalıqlarını tapması barədə polyak Voyçex Pastuşkanın yazısında yer almış məlumat belə qənaətə gəlməyə əsas verir. Haqlı olaraq, Tiqranakertin bu bölgədə olmasına şübhə ilə yanaşan və bu fikrin siyasi məqsədlərlə ortaya atıldığını, göstərilən qazıntıların “arxeoloji deyil, siyasi qazıntılar olduğunu” etiraf edən məqalə müəllifi, eyni zamanda “arxeoloqların” tapdığı xərabəliklərin “hansısa erməni şəhərinin qalıqları olmasını da istisna etmir”. Yuxarıda göstərilənlə bağlı olaraq Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edir: Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməyib!”

Azərbaycanlı alimlər bildiriblər ki, ermənilərin üzdəniraq “alimlərinin” vaxtaşırı dünya ictimaiyyətini belə “tapıntılarla” “şok”a salması yeni məsələ deyil: “Dünya alimlərinin yaxşı yadındadır ki, “erməni alimləri” hələ Sovetlər birliyi dövründə Metsamorda “erməni heroqlifi” ilə yazısı olan və guya dünyada ilk sikkə sayılan pulların tapılması barədə bütün dünyada hay-küy qaldırmışdılar. O zaman, yəni XX əsrin 70-ci illərində akademik Piotrovski elə ermənilərin öz jurnalındaca (“İstoriko-filoloqiçeskiy jurnal”) erməniləri rüsvay etmiş, ərəb sikkələrini “özününküləşdirmən” erməni alimlərinin iç üzünü aşkara çıxarıb dünya ictimaiyyətinə çatdırmışdı. Bu qəbildən olan erməni yalanlarının, saxtakarlıqlarının sayını kifayət qədər artırmaq da olardı. Polşa alimi Voyçex Pastuşkanın qeydlərində göstərilən, guya Tiqranakert şəhərinin yerinin tapılması ilə bağlı yalançı məlumat da bu qəbildəndir, daha doğrusu növbəti erməni saxtakarlığıdır. Biz, Azərbaycan tarixçiləri əlimizdə olan tutarlı faktlara əsaslanaraq tam qətiyyətlə bildiririk: Qarabağın 100 ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində “nə dağlıq, nə düzən” Qarabağda heç bir qədim erməni yaşayışı yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının 10 illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə, və başqa abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilib. Dünya elmi ictimaiyyət, o cümlədən erməni alimlərinin özləri də, bütün tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul ediblər”. Alimlər Qarabağ ərazisində arxeoloji qazıntı işlərinə XIX əsrin ikinci yarısından başlandığını bildiriblər: “Azərbaycanın Ağdam bölgəsinə gəldikdə, Azərbaycan alimləri tərəfindən Ağdam şəhərinin kənarında eramızdan əvvəl II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzərliktəpə yaşayış yeri öyrənilib.

Bundan başqa Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Paprəvənd kəndi ərazisində eramızdan əvvəl XII-lX əsrlərə aid ətrafına qala divarları çəkilən möhtəşəm yaşayış məskənləri tədqiq olub. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur. Bundan başqa, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü) Leylatəpə mədəniyyət (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü) Üzərlik mədəniyyəti (orta tunc dövrü), Xocalı-Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılıb. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrdən heç birinin erməni tarixinə heç bir aidiyyəti yoxdur”. Yaqub Mahmudov və Maisə Rəhimova bildiriblər ki, mövcud yazılı mənbələrdə düzən və ya Dağlıq Qarabağ torpaqlarının Tiqranın yaratdığı qısaömürlü dövlətin tərkibində olması barədə heç bir məlumat yoxdur: “Təkcə bu fakt sübut edir ki, bu bölgədə onun hər hansı bir yaşayış məskəni salması da mümkün deyildi. İkincisi, ilk mənbələrdə və tarixi ədəbiyyatda Tiqranakertin yerləşdiyi ərazi kifayət qədər dəqiq göstərilib. Başqa sözlə, Tiqranakert şəhərini yerləşdiyi tarixi ərazi elmə məlumdur. Yəni, həmin ərazinin ümumiyyətlə Cənubi Qafqaza, o cümlədən də indiki Ermənistan Respublikasının ərazisinə heç bir aidiyyəti yoxdur. Bu məlum faktı görməyənlər, yaxud da siyasi məqsədlərlə görməməzliyə vuranlar elmə və elmi ictimaiyyətə hörmətsizlik edir, yumşaq deyilsə, elmi cinayət işlədirlər. Pont əsilli yunan coğrafiyaçısı Strabon Tiqranakertin Fərat çayının şimalında, Van gölündən cənub-qərbdə yerləşdiyini təsdiqləyib. Ən başlıcası isə budur ki, tikintisi hələ başa çatdırmayan şəhərdə ermənilərin izi-tozu belə olmayıb. Başqa sözlə, Azərbaycandan çox-çox uzaqlarda salınmasına cəhd göstərilən Tiqranakert şəhərinin özü də erməni şəhəri deyildi. Tiqranakert əhalisinin müxtəlif yerlədən zorla bu əraziyə köçürülən xalqlardan ibarət olmasını Plutarx da təsdiqləyir. İlk mənbələrdən gətirdiyimiz bir neçə faktdan göründüyü kimi, erməni tarixinə yaxşı bələd olan qədim tarixçilər Tiqranakerti Şimali Mesopotamiyada, Van gölündən şimal-qərbdə yerləşdirirlər. Qədim dünya tarixinə aid bütün xəritələrdə də şəhərin yeri həmin rayonda göstərilir. Mövcud tarixi ədəbiyyatda, o cümlədən ermənilərin özünə məxsus əsərlərdə də, bu tarixi həqiqət təsdiq olunur”. Alimlər bu faktları əsas gətirərək Tiqranakertin guya Qarabağ bölgəsində aşkar edilməsi haqqında mətbuatda dövriyyəyə buraxılan məlumatların ancaq xəstə təxəyyülün məhsulu olduğunu bildiriblər: “Bu məlumatlar həmçinin erməni tarixşünaslığının ciddi böhran içində olduğunu göstərir. Elə bu üsullarla da ermənilər uydurma “Böyük Ermənistan dövlət”nin mövcudluğunu “sübut etməyə”, ənənəvi havadarlarının köməyi ilə özgə torpaqlarına yiyələnməyə çalışırlar. Ermənilərin yeni “Tiqranankert uydurması”na gəldikdə, burada məqsəd gün kimi aydındır: Tarixi növbəti dəfə saxtalaşdırmaq yolu ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa əsassız erməni iddialarına haqq qazandırmaq! Bu baxımdan Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir”.

MƏQALƏLƏR
Xalqa və dövlətə şərəfli xidmət missiyası (“Azərbaycan” qəzeti, 30.03.2009)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasından 90 il ötür (“AzərTAc”, 28.03.2009)
Ağcabədidə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 28.03.2009)
Şəkidə təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 26.03.2009)
Astarada milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir (“AzərTAc”, 26.03.2009)
Azərbaycanın ilk təhlükəsizlik orqanlarının yaranması tarixi zərurət idi (“Respublika” qəzeti, 21.03.2009)
Milli təhlükəsizlik orqanlarının inkişafı Heydər Əliyevin adi ilə bağlıdır (“AzərTAc”, 20.03.2009)
Sumqayıtda təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilir (“AzərTAc”, 20.03.2009)
Gəncədə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi qeyd edilmişdir (“AzərTAc”, 20.03.2009)
Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı (“Ayna” qəzeti, 20.03.2009)
Şəxsiyyət və zaman (“525-ci qəzet”, 18.03.2009)
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir (“AzərTAc”, 16.03.2009)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev MTN-in Mədəniyyət Mərkəzi və “N” saylı hərbi hissəsində olmuşdur
Həqiqətin zəfər çalması üçün bütün qüvvə və vasitələr səfərbər olunmalıdır (“Azərbaycan” qəzeti, 14.03.2009)
Vətənpərvərlik və yüksək peşəkarlıq Heydər Əliyev məktəbindən qaynaqlanır (“Azərbaycan” qəzeti, 06.03.2009)
Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları şagirdlərin görüşünə gəlmişlər (“AzərTAc” qəzeti, 05.03.2009)
Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir (“Azərbaycan” qəzeti, 28.02.2009)
Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi xidmətin yüksək səviyyədə qurulmasının rəhnidir (“Azərbaycan” qəzeti, 20.02.2009)
Ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi və peşəkarlıq məktəbi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas prinsipləridir (“Azərbaycan” qəzeti, 13.02.2009)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları (“Azərbaycan” qəzeti, 07.02.2009)
Əgər düşmən susdurulursa... (“525-ci qəzet”, 30.01.2009)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Vətənə xidmət akademiyası (“Azərbaycan” qəzeti, 04.12.2008)
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir (“Мир женщины”/“Qadın dünyası”/“Woman's world” qəzeti 2-15.05.2008)
85 ilin zirvəsindən görünən həqiqətlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı milli təhlükəsizlik orqanları bir sıra tədbirlər keçirmişlər (“Azərbaycan” qəzeti, 10.05.2008)
Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır (“Azərbaycan” qəzeti, 08.05.2008)
Azərbaycanın milli mənafelərinin qorunmasında milli təhlükəsizlik orqanları böyük rola malikdir (“Azərbaycan” qəzeti, 31.03.2008)
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)