- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsi, strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi
təsdiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- bir ay müddətində normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 27 mart 2004-cü il
|