|
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təşkilini təmin etmək məqsədilə qərara alıram:
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsi və strukturu təsdiq edilsin.
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında təhsil prosesi 2000-ci il sentyabrın 1-dən başlansın.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 15 aprel 1999-cu il
|