az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizə
İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə
Enerji təhlükəsizliyi
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə
Qeyri-leqal miqrasiya və insan ticarətinə qarşı mübarizə
Kibercinayətkarlığa qarşı mübarizə
Qanunsuz silah-sursat ticarətinə qarşı mübarizə
Qanunsuz silah-sursat ticarətinə qarşı mübarizə
Hazırda beynəlxalq təhlükəsizliyi təhdid edən transmilli cinayətkarlıq növləri arasında qanunsuz silah-sursat ticarəti xüsusi yer tutur. Dünyanın bir sıra regionlarında separatçı-ekstremist rejimlər, beynəlxalq terrorçu təşkilatlar məhz qanunsuz silah ticarəti ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar qrupların xidmətlərindən yararlanırlar. Nəticədə isə ayrı-ayrı ölkələrin özünümüdafiə məqsədi ilə istehsal etdikləri müasir silah və texnologiyalar cinayətkar birliklərin əlinə keçir.

Milli Təhükəsizlik Nazirliyi qanunsuz silah ticarətinə qarşı mübarizədə məhz göstərilən amilləri nəzərə alır. Respublikamızda kütləvi qırğın silahları ümumiyyətlə yoxdur və Azərbaycan Respublikası «Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında» və «Baktereoloji və toksin silahların ehtiyatlarının işlənilməsi, istehsalı və  saxlanılmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında» beynəlxalq konvensiyalara qoşulmuş, üzərinə götürdüyü öhdəliklərə əməl edir. BMT-nin «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Kon¬vensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatlarının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı Protokol»undan irəli gələn öhdəliklərin icrası da daim diqqət mərkəzindədir və nazirlik öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirləri həyata keçirir.