|
Kitabda 1994-cü il oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin xronikası verilmişdir. Nəşrdə oxucuların nəzərinə bir-birinin məntiqi davamı olan hər iki dövlət çevrilişi cəhdinin təşkilatçıları, icraçıları, nəticələri haqqında xronoloji ardıcıllıq gözlənilməklə rəsmi sənəd və materiallar əsasında geniş məlumat təqdim edilir. Toplu Azərbaycanın milli dövlətçilik tarixinin müvafiq məqamlarının tədqiqində obyektiv mənbə kimi mühüm əhəmiyyət daşıyır. Kitab Azərbaycan dilində 1995-ci ildə nəşr edilmişdir.
|