az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
II.NAZİRLİYİN VƏZİFƏLƏRİ

8. Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görür;
8.2. Milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır;
8.3. Xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır;
8.4. Xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür;
8.5. Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparır;
8.6. Azərbaycan Respublikası Prezidentini və onun tapşırığı ilə müvafiq dövlət orqanlarını milli təhlükəsizliyə olan təhdidlər barədə məlumatlandırır, habelə siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir;
8.7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun tərkibindəki qurumların, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidməti və onun tərkibindəki qurumların və qanunvericiliyə uyğun yaradılmış digər hərbi qurumların (bu əsasnamənin məqsədləri üçün bundan sonra - Silahlı Qüvvələr və başqa silahlı birləşmələr) əks-kəşfiyyat təminatını həyata keçirir;
8.8. Hərbi-sənaye kompleksinin, energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və onların nəticələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür;
8.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəlikləri əməkdaşlarının və onların ailə üzvlərinin xarici ölkələrdə olma müddətində, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri hallarda tədbirlər görür;
8.10. Azərbaycan Respublikasının dövlət orqanlarında, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə, idarə, müəssisə və təşkilatlarda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərində dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təminatında iştirak edir;
8.11. Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə silahların, hərbi sursatın saxlanma və daşınması qaydalarının pozulması, döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş əməllərin, dövlət əmlakının, o cümlədən silah, sursat, hərbi texnika, partlayıcı, zəhərləyici və radioaktiv maddələrin ələ keçirilməsi, talanması, məhv edilməsi hallarının aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;
8.12. Hərbi obyektlərin mühafizəsi rejiminin, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərin pozulması və belə pozuntulara səbəb olan hallar, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində baş verə biləcək və aşkarlanmış pozuntular, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə ağır nəticəli fövqəladə hadisələrin baş verməsinə səbəb ola biləcək hallar barədə Silahlı Qüvvələri və başqa silahlı birləşmələri məlumatlarla təmin edir;
8.13. Xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirir, texniki kəşfiyyat aparır;
8.14. Milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən informasiya texnologiyalarının və proqram təminatlarının mühafizəsi sahəsində kompleks tədbirlər görür;
8.15. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir;
8.16. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
8.17. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirir;
8.18. Öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, habelə cinayət prosesində iştirak etmiş şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyini təmin edir;
8.19. Qaçaqmalçılığa, qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı digər dövlət orqanları ilə əlaqədə mübarizə aparır;
8.20. Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin texniki-təşkilati təminatı sahəsində dövlət orqanları və rabitə müəssisələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
8.21. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
8.22. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin digər subyektləri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
8.23. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir;
8.24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür;
8.25. Nazirliyin orqanları üçün ixtisaslı kadrlar hazırlayır, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və mənəvi-psixoloji hazırlığını təmin edir;
8.26. Nazirliyin səfərbərlik hazırlığını təşkil və təmin edir;
8.27. Daxil olan müraciətlərin qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;
8.28. Maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;
8.29. Nazirlikdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda onların ailə üzvlərinin pensiya təminatını həyata keçirir;
8.30. Nazirliyin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir.
8.31. Nazirlik qanunvericiliyə müvafiq olaraq digər vəzifələri də yerinə yetirir.

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNIN ƏSASNAMƏSI
I. Ümumi müddəalar
II.Nazirliyin vəzifələri
III.Nazirliyin hüquqları
IV. Nazirliyin fəaliyyətinin təşkili