az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
IV. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

11. Nazirliyin strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilir.

12. Nazirliyin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Nazirlikdə işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.

13. Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularına əks-kəşfiyyat təminatını həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir.

14. Nazirliyə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri rəhbərlik edir. Nazir Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

15. Nazir müavini vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş digər vəzifələrə təyin və vəzifələrdən azad etmə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının prezidenti tərəfindən həyata keçirilir.

16. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri:
16.1. Nazirliyin işini təşkil edir, təkbaşçılıq və kollegiallıq prinsiplərinin qarşılıqlı əlaqələndirilməsi əsasında onun fəaliyyətinə rəhbərlik edir, nazirliyin vəzifələrinin yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyır;
16.2. Müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin və nazirliyin digər vəzifəli şəxslərinin əməliyyat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyən edir və qarşılıqlı fəaliyyətini təmin edir;
16.3. Nazirliyin baş idarə, idarə, şöbə və digər qurumlarının əsasnamələrini təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;
16.4. Əmr və göstərişlər verir, təlimatlar və digər normativ hüquqi aktlar təsdiq edir, başqa dövlət orqanlarının rəhbərləri ilə birgə və ya onlarla razılaşdırılmış əmrlər, göstərişlər verir, onların icrasının təmin edilməsi üzrə tədbirlər görür;
16.5. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının prezidentini və onun tapşırığı ilə digər dövlət orqanlarını məlumatlandırır;
16.6. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları və digər qurumları ilə münasibətlərdə nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müqavilə və digər sənədləri imzalayır;
16.7. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini ləğv edir;
16.8. Nazirliyin fəaliyyəti ilə bağlı qanun və digər normativ hüquqi aktların layihələrini baxılması üçün müəyyən edilmiş qaydada təqdim edir;
16.9. Nazirliyin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və strukturu barədə, o cümlədən həmin struktura daxil olan baş idarələrin, idarələrin, şöbələrin yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikasının prezidentinə təkliflər verir, Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla şəhər və rayon orqanlarını yaradır və ləğv edir;
16.10. Qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçu heyəti vəzifələrinin siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir;
16.11. Nazirliyin təsdiq edilmiş strukturuna, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinə uyğun olaraq baş idarə, idarə, şöbə və digər qurumların, o cümlədən akademiyanın strukturunu və ştat cədvəllərini təsdiq edir və onlarda zəruri dəyişikliklər aparır;
16.12. Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla nazirliyin baş idarə rəislərini, şəhər və rayon orqanlarının rəislərini vəzifəyə təyin və vəzifədən azad edir;
16.13. Səlahiyyətləri daxilində vətəndaşları nazirliyə həqiqi hərbi xidmətə qəbul edir, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
16.14. İşçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair vəzifəli şəxslərin səlahiyyətlərini müəyyən edir;
16.15. Nazirliyin ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali zabit rütbələrinin verilməsi və ali zabit rütbəsi olan hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə Azərbaycan Respublikasının prezidentinə təkliflər verir;
16.16. Nazirliyin hərbi qulluqçularına, habelə səlahiyyətləri daxilində ehtiyatda olan hərbi qulluqçulara polkovnik rütbəsi də daxil olmaqla hərbi rütbələr verir;
16.17. Nazirliyin hərbi qulluqçularının və işçilərinin, habelə nazirliyin vəzifələrinin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün müəyyən edilmiş qaydada döş nişanları təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri döş nişanları ilə təltif edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir, habelə bu məqsədlə təltif və hədiyyə fondları yaradır;
16.18. Nazirliyin hərbi qulluqçularını və işçilərini, habelə nazirliyin vəzifələrinin həyata keçirilməsinə kömək etmiş şəxsləri dövlət mükafatlarına və fəxri adlara təqdim edir;
16.19. Dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, xidmətin xüsusiyyətləri və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, nazirliyin hərbi qulluqçularının və işçilərinin vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir, müvafiq vəzifələr üzrə imtiyazların müəyyən edilməsi barədə təkliflər verir;
16.20. Nazirliyin hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;
16.21. Nazirliyin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığını, attestasiya komissiyalarının yaradılması və attestasiyaların keçirilməsini təmin edir, habelə hərbi qulluqçuların və işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür;
16.22. Qanunvericiliklə müəyyən edilmiş qaydada milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə nazirliyin hərbi qulluqçularını hərbi xidmətdə saxlanılmaqla Azərbaycan Respublikasının dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara onların razılığı ilə ezam edir;
16.23. Qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçuları hərbi xidməti davam etdirmək üçün Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə ezam edir;
16.24. Nazirliyin hərbi qulluqçularının geyim formasının, fərqlənmə nişanlarının və digər rəmzlərin təsis edilməsi barədə Azərbaycan Respublikası prezidentinə təkliflər verir;
16.25. Nazirliyin hərbi qulluqçularının və işçilərinin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir;
16.26. Nazirliyin daxili təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərlə əlaqədar qərarlar qəbul edir;
16.27. Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

17. Nazir öz səlahiyyətlərinin həyata keçirilməsini nazir müavinlərindən birinə tapşıra bilər.

18. Nazirlikdə məşvərətçi orqan - kollegiya yaradılır. Kollegiyanın tərkibi nazirin təqdimatı ilə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilir.

19. Kollegiyanın iclaslarında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, vəzifəli şəxslərin hesabatları dinlənilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar çıxarılır.

20. Kollegiyanın iclaslarına nazir sədrlik edir. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərarlar qəbul edərkən səsvermədə bərabər hüquqlara malikdirlər. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, nazirin əmrləri ilə elan olunur və həyata keçirilir.

21. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu barədə Azərbaycan Respublikası prezidentinə məlumat verir.

22. Nazirlik vəzifələrinin icrası və hüquqlarının həyata keçirilməsi zamanı digər dövlət orqanları ilə əməkdaşlıq edir. Dövlət orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr, onların vəzifəli şəxsləri nazirliyə vəzifələrinin icrasında və hüquqlarının həyata keçirilməsində kömək göstərirlər.

23. Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının vəzifələrinin icrası üçün zəruri şəraitin yaradılması, o cümlədən Silahlı Qüvvələr və başqa silahlı birləşmələr hesabına bu orqanların mühafizəsinin təşkili məsələləri Nazirliyin Azərbaycan Respublikasının müdafiə, daxili işlər nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə qəbul etdikləri normativ hüquqi aktlarla tənzimlənir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında» Əsasnamənin təsdiq edilməsi haqqında 27 mart 2004-cü il tarixli Fərman imzalamışdır.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNIN ƏSASNAMƏSI
I. Ümumi müddəalar
II.Nazirliyin vəzifələri
III.Nazirliyin hüquqları
IV. Nazirliyin fəaliyyətinin təşkili