az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
ŞƏRƏFLİ ÖMÜR YOLU

Yanvar ayının 24-də general-mayor Əbdül Xalıqovun 90 yaşı tamam olur.

Yaxşı insanları tanımaq…xoşbəxtlikdirsə, onları tanıtmaq ikiqat xoşbəxtlikdir. İnsanların həyatında böyük rolu, hər kəlməsi bir məktəb olan Əbdül Xalıqovla bağlı həzin xatirələrlə oxucuları tanış etmək özü böyük məsuliyyət tələb edir. Yazını hazırlayarkən onun övladlarının, ömrünün 45 ilini həsr etdiyi təhlükəsizlik orqanı əməkdaşlarının və onu tanıyanların xatirələrini dinlədim, həyatının ayrı-ayrı məqamlarını xarakterizə edib oxucuya çatdırmağı qərara aldım.

«Bir nəfər hamı üçün yaxşı ola bilməz» kəlamı ona aid deyil. Bu yazıda məhz «hamı üçün yaxşı» olan, dostlarının, yaxınlarının, onu tanıyanların qəlbində silinməz izlər buraxan, Azərbaycanın təhlükəsizlik orqanları tarixində özünəməxsus və əvəzsiz yeri olan, çekist sözünün müqəddəsliyini ömrünün sonunadək qoruyub saxlayan əsl şəxsiyyət - nurani çöhrəli Xalıqov Əbdül Süleyman oğlunun şərəfli ömür yolundan söz açacağam.

Düzü, onu sağlığında tanımadığıma çox təəssüfləndim. Həyatda nəcib, mərd, xeyirxah, bir sözlə, el arasında Allah adamı adlandırılanları tanımaq, onlarla ünsiyyətdə olmaq özü də bir tale qismətidir.

Əslən şamaxılı olan Əbdül Xalıqov 1915-ci il yanvar ayının 24-də Uzaq Şərqdə Blaqovejensk şəhərində dünyaya göz açmışdır. Atası Süleyman kişi 1898-ci ildə bir neçə həmkəndlisi ilə bərabər doğma yurdundan uzaqlaşdırılaraq sürgün həyatı yaşamağa məhkum edilib. Onunla birgə sürgün edilən həmkəndlilərindən biri hamilə olduğundan övladını qürbət ölkədə dünyaya gətirməli olur. Uşaq qız olur, adını Gərəkməz qoyurlar. Yad ölkədə başqa millətin qızına evlənməmək üçün Süleyman nə az, nə çox, düz 16 il gözləyir və həmin qızla evlənir. Bu izdivacdan dünyaya gələn Əbdül uşaqlıq illərini yad ölkədə keçirməli olur. Süleymanın sürgün olunduğu vaxtdan 25 il sonra, Əbdülün 9 yaşı olanda onlara bəraət verilir və onlar doğma yurda - Şamaxının Nabur kəndinə qayıdırlar. Əbdül yarımçıq qalmış təhsilini kənd məktəbində davam etdirir. İti zehinli, möhkəm hafizəli bu oğlan müəllimlərinin sevimlisinə çevrilir. Onlar Süleyman kişiyə «oğlun qeyri-adi uşaqdır, ondan muğayat ol, belə getsə o böyük adam olacaq»,- deyirlər. Lakin amansız taleyin sərt rüzgarı bu xoşbəxt ailədən yan keçmir. Ailənin yeganə övladı olan Əbdül on bir yaşında olarkən atasını itirir. Az sonra ana nəvazişindən də məhrum olur. Valideyn himayəsindən məhrum olan Əbdül Xaçmaza gəlir və buradakı Pedaqoji texnikuma daxil olur. Sonra hərbi xidmətə göndərilir. Əsgəri xidmətinin başa çatmasına az qalmış hərbi hissəyə XDİK-dən sistemdə işləmək üçün 10 nəfərlik tələbnamə gəlir. Savadı, nizam-intizamı, bacarığı ilə seçilən Əbdülün də adı siyahıda birinci yazılır. Beləcə tale onu təhlükəsizlik orqanlarına gətirib çıxarır. Uzun müddət Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın Kürdəmir və Yevlax rayonlarında şöbə rəisi vəzifəsində çalışır. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirir. 1952-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifəyə təyin olunur və 1974-cü ildə general-mayor rütbəsinə layiq görülür. Çox qəribədir ki, SSRİ dövründə heç bir respublikada 70 yaşlı general vəzifədə olmayıb. Amma Əbdül Xalıqov 75 yaşınadək Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

Onu tanıyanlar bu insanla bağlı o qədər kövrək xatirələrdən söz açdılar ki…Ehtiyacı olanlara əl tutmasından, hamıya bir gözlə baxmasından, qanunlara hörmət etməsindən, mənəvi təmizliyindən, sözübütövlüyündən və s.

19-cu ildə o, sevib-seçdiyi Aynaxanımla ailə həyatı qurur və onlar 57 il birgə xoşbəxt həyat sürürlər. 7 övladları dünyaya gəlir, 4 qız, 3 oğlan. Övladlarının hamısı ali təhsil alır, 4-ü həkimlik ixtisasına yiyələnir. Böyük oğlu Qalib atasının yolunu seçir və Azərbaycan milli təhlükəsizlik nazirinin müavini vəzifəsinədək yüksəlir.

Qızı Sevil xanım deyir ki, atam kimə nə kömək etdiyini heç vaxt deməzdi. Bizə də tapşırardı ki, elədiyiniz işi heç vaxt dilinizə gətirməyin, bu günahdı. Atam rəhmətə gedəndən sonra onun stolunun siyirtməsindən nə qədər təşəkkür məktubları və siyahılar tapdıq. Həmin siyahılarda ona kömək üçün müraciət edən insanların adları və ünvanları yazılmışdı. Kimlərin işi düzəlmişdisə qarşısına plyus işarəsi qoymuşdu. Biz o zaman bildik ki, valideynini itirmiş, maddi durumu ağır olan ailələrə atamız nə qədər əl tutub, onların ali məktəblərə qəbul olunmasında, işə düzəlməsində köməklik göstərib. Əgər, həmin insanların atama göndərdikləri təşəkkür məktubları olmasaydı, bizim heç bunlardan da xəbərimiz olmazdı. Onları oxuyandan sonra başa düşdük ki, biz öz atamızı dərindən tanıya bilməmişik. Hərdən oturub fikirləşirəm, onu əsəbi, qaşqabaqlı gördüyüm vaxt yadıma gəlmir. Özünə nəzarət onda çox güclü idi. Yarımçıq heç nəyi sevməzdi. Bəlkə də bu onun peşə xüsusiyyətindən irəli gəlirdi. O, qeyri-adi adam idi. Ömründə bir dəfə də bizi danlamamışdı. Ucadan danışdığını eşitməmişdik. Buna baxmayaraq ondan yaman çəkinirdik. Heç kəsə, hətta balaca uşağa belə irad tutmaz, hamıya şəxsiyyət kimi yanaşar, yaşından asılı olmayaraq hamıya siz deyə müraciət edərdi.

Əbdül Xalıqov Yevlax rayon şöbəsinin rəisi təyin olunandan bir müddət sonra onu toya dəvət edirlər. Gəlir 10-15 dəqiqə oturur, toy yiyəsini təbrik edib gedir. Səhərisi kimsə Mircəfər Bağırova anonim məktub yazır ki, bəs rayon şöbə rəisi gəldi toya, içdi, dəm oldu, oynadı, və s. O vaxtkı sədr Anatoli Quskov təcili Xalıqovu Bakıya çağırtdırır ki, bu nə məsələdir? O da deyir ki, mənim heç ömründə dilimə içki dəyməyib. Bir az söhbət edirlər. Sonra Quskov Mircəfər Bağırova məruzə edir ki, bu adam nəinki içki içir, heç siqaret də çəkmir. Həmin anonim məktub Əbdül Xalıqova düşərli olur. Quskov görür ki, o həm rusca təmiz danışır, həm də savadlı, tərbiyəli, nizam-intizamlı, işinə məsuliyyətlə yanaşan kadrdır. Bu hadisədən sonra Əbdül DTK Mərkəzi Aparatına irəli çəkilir. Burada Heydər Əliyevin rəhbərliyi altında daha əzmkarlıqla çalışır. Və bir müddət sonra dairə kəşfiyyat bölməsinin rəisi olan Əbdül Xalıqov keçirdiyi uğurlu əməliyyata görə SSRİ-nin ən yüksək mükafatı - Lenin ordeni ilə təltif edilir.

İstefada olan polkovnik Adil Bağırov Əbdül Xalıqovu belə xatırlayır: Qanun onun üçün hər şeydən uca idi. Həssas və qayğıkeş olmasına baxmayaraq son dərəcə tələbkardı. Hətta doğma övladı üçün belə kimsəyə ağız açmazdı. Sözündə bütöv, özü də çox ədalətli bir şəxsiyyət idi. Həddən ziyadə abırlı adam idi. Təhlükəsizlik orqanlarına işə düzəlmək istəyənlərə çox ciddi yanaşırdı. Kadrların seçilib yoxlanılmasına, onlarla aparılan işlərin düzgün qurulmasına, təlim-tərbiyəsinə, yerləşdirilməsinə ciddi diqqət yetirirdi.

Doğrudan da Əbdül Xalıqov elə nadir şəxsiyyətlərdəndir ki, onu tanıyanlar da, özünü görməyib haqqında eşidənlər də bu dəyərli insan barəsində həmfikirdirlər, ona qarşı eyni münasibətdədirlər. İnsanların qəlbində qeyd-şərtsiz məskən salan, onların iç dünyalarına yol tapan Əbdül Xalıqov bu şərəf və izzəti vicdanlı ömür yolu ilə qazanıb.

Bir haşiyə çıxım. Əbdül Xalıqov 65 yaşı tamam olanda istefaya getmək üçün Mərkəzi Komitənin birinci katibi Kamran Bağırova raport yazır. O vaxtlar Heydər Əliyev Moskvada işləyirmiş. Kamran Bağırov raport barədə Heydər Əliyevə məlumat verir. Heydər Əliyev «Əbdül Xalıqovu işdən buraxmaq olmaz. Azərbaycan DTK-sının kadrları düzgün əllərdədir, bu kadrlar sabahımızın təhlükəsizliyinin canlı təminatıdır», - deyir. Heydər Əliyevin bu şəxsə olan inamı, etibarı o qədər güclü idi ki, oğlu Qalib Xalıqovun da bu sistemdə işləməsinə razılıq vermişdi. Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi olarkən Əbdül Xalıqovun təqaüdə getmək barədə raportunu kənara qoyub, «mən çox yaxşı bilirəm ki, ata və oğul eyni sistemdə işləyə bilməz, amma mən sizin heç birinizin bu sistemdən getməsinə razı ola bilmərəm, çünki bu orqan dövlətin bel sütunudur, buranı hər kəsə etibar etmək olmaz», - demişdi.

Heydər Əliyevlə Əbdül Xalıqovu eyni məslək, eyni amal birləşdirirdi. Doğma Azərbaycana sədaqətlə xidmət etmək, xalqın, millətin gələcəyini düşünmək, dilimizə, dinimizə hörmət, təhlükəsizlik orqanlarına milli kadrların seçilməsi, bu orqanın milliləşdirilməsi və s. amillər.

Xalıqovlar ailəsinin indi yaşadığı evi Heydər Əliyevə veriblərmiş. Lakin Heydər Əliyev 5 otaqlı evdən imtina edərək deyir ki, Xalıqovun 7 övladı var, mənim 2. Qoy uşaqlar gen-bol evdə yaşasınlar.

Əbdül Xalıqov 1997-ci ildə dünyasını dəyişərkən mərhum prezidentimiz Heydər Əliyev onun evinə telefon açaraq övladlarına başsağlığı vermiş, Əbdül Xalıqova xüsusi münasibət, xüsusi hörmət bəslədiyini bildirmişdi. Onun dəfn mərasimində şəxsən iştirak etmişdi. Əbdül Xalıqovun övladları deyir ki, Heydər Əliyev rəhmətə gedəndə biz sanki atamızı ikinci dəfə itirdik.

Onunla birgə çalışmış polkovnik Kamal Əliyev həmin günləri belə xatırlayır: İşində çox məsuliyyətli idi. Kiməsə göstəriş verməyi xoşlamazdı. Çox mülayim xasiyyəti vardı. Yaxşı təşkilatçılığı vardı. O vaxtlar respublikada geniş iməciliklər keçirilirdi. Bizim işçilər də bu iməciliklərdə yaxından iştirak edirdilər. Yadımdadır, Şıxova ağac əkməyə gedirdik. Ən çox o işləyirdi. Hamı deyirdi ki, Əbdül müəllim, siz gəlməyin, onsuz da işiniz çoxdur, yorğun olursunuz. Deyərdi, necə gəlməyim, siz harada, mən də orda. Məsul vəzifədə çalışmasına baxmayaraq dünyasında razı olmazdı ki, üzvlük haqqı üçün kabinetinə gəlsinlər. Həmişə özü aparıb verərdi. Ömründə qırmızı işıqda yolu keçməzdi, yol boş olsaydı belə dayanıb gözlərdi. Qanunu pozmaq onun üçün bir insan öldürməyə bərabər idi. Həmişə deyirdi ki, qanunun böyüyü, kiçiyi yoxdur, qanun elə qanundur. İkimiz də təqaüdə çıxmışdıq. Hər axşam gedib bulvarı gəzər, söhbətləşərdik. Maraqlı əhvalatlar danışmağı sevərdi. Ölümü qəfil oldu. Eşidəndə məəttəl qaldıq. Çünki heç bircə gün də olsun xəstə yatmamışdı.

General-mayor Əbdül Xalıqov təhlükəsizlik orqanlarında işlədiyi müddətdə əldə etdiyi müsbət nəticələrə, xidmətdə fərqləndiyinə, təşkilatçı, təşəbbüskar, prinsipial və tələbkarlığına görə «Lenin», «Qırmızı bayraq», Laos dövlətinin «Qızıl fil» ordeninə, 6 medala, müxtəlif adda döş nişanlarına, fəxri fərmanlara, SSRİ-nin fəxri çekisti, Təhlükəsizlik orqanlarının fəxri əməkdaşı, Azərbaycanın əməkdar hüquqşünası fəxri adlarına layiq görülüb. Dəfələrlə Bakı Sovetinin deputatı seçilən Əbdül Xalıqov respublika ictimaiyyəti arasında geniş işlər aparmışdır.

Bu gün Əbdül Xalıqov övladlarının və onu sevənlərin xatirələrində qayğıkeş, mülayim, unudulmaz bir insan kimi yaşayır. Biz də bu kiçik yazı ilə, övladlarının və əməl dostlarının xatirələri, ürək sözləri, onun həyat və fəaliyyətinin müəyyən qismini əks etdirən fotoşəkillərlə birgə bu görkəmli şəxsin faydalı, gərəkli ömrünə kiçik bir ekskurs edərək onun xatirəsini yad etdik.

Xatirə Tağıyeva, «Respublika» 25.01.05

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)