az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
QANUNVERİCİLİK
«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasinin Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsinin və strukturunun təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eldar Əhməd oğlu Mahmudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hilal Mirzəli oğlu Əsədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından çıxarış
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayraği haqqinda əsasnamə”nin və “Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina akademiyasinin döyüş bayrağinin təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi prezidentinin fərmani
Ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan cinayətlər (Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış)
III FƏSİL. DÖVLƏR SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLAR BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ

Maddə 16. Dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatları bir-birinə verməsi
16.1. Tabelik münasibətlərində olmayan və birgə işlər aparmayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar dövlət sirri təşkil edən məlumatları bir-birinə bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə verirlər.
16.2. Dövlət sirri təşkil edən məlumatları sorğulayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar onların mühafizəsini təmin edən şəraiti yaratmağa borcludurlar.
Onların rəhbərləri dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması üzrə müəyyənləşdirilmiş qaydalara əməl olunmamasına görə fərdi məsuliyyət daşıyırlar.
16.3. Dövlət sirri təşkil edən məlumatların müəssisə, idarə və təşkilatlara verilməsinin məcburi şərti onların bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirməsidir.

Maddə 17. Dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar verilməsi
17.1. Dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar müəssisə, idarə, təşkilatlara və ya vətəndaşlara bu işlərin sifarişçisi, bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə, yalnız həmin işlərin görülməsi üçün zəruri olan həcmdə verir.
17.2. Dövlət sirri təşkil edən məlumatları verənədək sifarişçi müəssisə, idarə və ya təşkilatda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazənin, vətəndaşlarda isə müvafiq buraxılışın olduğunu yəqin etməlidir.
17.3. Müəssisə, idarə və ya təşkilatlar birgə və başqa işlər gördükdə (dövlət sifarişləri aldıqda) və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda, onlar dövlət müəssisələrinin, idarələrinin və ya təşkilatlarının dövlət sirrini mühafizə üzrə struktur bölmələrinin xidmətlərindən istifadə barəsində həmin müəssisə, idarə və ya təşkilatlar ilə müqavilələr bağlaya bilərlər. Razılığa gələn hər iki tərəfin dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazələrinin nömrəsi və etibarlılıq müddəti müqavilədə göstərilməlidir.
17.4. Birgə və başqa işlərin görülməsinə dair qanunla müəyyənləşdirilmiş qaydada bağlanan müqavilədə tərəflərin, həm işlərin görülməsi prosesində, həm də işlər başa çatdıqdan sonra dövlət sirri təşkil edən məlumatların mühafizəsini təmin etmək barəsində qarşılıqlı öhdəlikləri, habelə dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə bağlı işlərin (xidmətlərin) maliyyələşdirilməsi şərtləri nəzərdə tutulur.
17.5. Birgə və başqa işlər görülərkən dövlət sirrinin etibarlı mühafizəsinə nəzarətin təşkili tərəflərin bağladığı müqavilənin müddəalarına uyğun olaraq bu işlərin sifarişçisinə həvalə edilir.
17.6. Birgə və başqa işlərin gedişində icraçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda, sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər.
17.7. Təkrar pozuntu törədildikdə isə, sifarişçi dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün sifarişin və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin ləğv edilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldıra bilər. Bu halda icraçının sifarişçi qismində dövlətə vurduğu maddi zərərin əvəzi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ödənilməlidir.

Maddə 18. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi
18.1. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı belə məlumatların verilməsinin mümkünlüyü haqqında müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir.
18.2. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qəbul edən tərəfin ona verilən məlumatların mühafizəsi üzrə öhdəlikləri onunla bağlanmış beynəlxalq müqavilədə nəzərdə tutulur.

Maddə 19. Hüquq münasibətləri subyektlərinin funksiyaları dəyişdikdə dövlət sirri təşkil edən məlumatların mühafizəsi
19.0. Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə, təşkilati-hüquqi forması və mülkiyyət növü dəyişdikdə və ya dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda malik olduqları məlumatların və onların daşıyıcılarının mühafizəsini təmin etmək üçün tədbirlər görülməlidir. Bu zaman dövlət sirri təşkil edən məlumat daşıyıcıları müəyyənləşdirilmiş qaydada məhv edilir, arxivə və ya aşağıdakılardan birinə verilir:
19.0.1. dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın hüquqi varisinin göstərilən məlumatlardan istifadə etməklə iş görmək icazəsi varsa, hüquqi varisə;
19.0.2. bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanına;
19.0.3. müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə başqa dövlət hakimiyyəti orqanına, müəssisə, idarə və ya təşkilata.

«DÖVLƏT SİRRİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil. Ümumi müddəalar
II Fəsil. Məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və məxfiliyinin açılması
III Fəsil. Dövlət sirri təşkil edən məlumatlar barəsində sərəncam verilməsi
IV Fəsil. Dövlət sirrinin mühafizəsi
V Fəsil. Dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
VI Fəsil. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət
VII Fəsil. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət