|
01.03.2007-ci il tarixi üçün
Əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4499 nəfər təşkil etmişdir. Onlardan 3615 nəfər hərbçi, 876 nəfər mülki şəxslərdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 52 nəfər uşaq (18 nəfər azyaşlı qız), 381 nəfər qoca (174 nəfər yaşlı qadın), 95 nəfər ortayaşlı qadın, 351 nəfər ortayaşlı kişi. Əsir, itkin düşmüş 4499 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Əsir və girovluqdan 1390 nəfər azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1048 nəfər kişidir. Eyni zamanda 168 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın), 165 nəfər ortayaşlı qadın, 779 nəfər ortayaşlı kişi. 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 86 nəfər qadın, 365 nəfər kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxslərdir.
Daha ətraflı məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komisiyasının rəsmi İnternet saytından əldə edə bilərsiniz.
|