az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun

F.Təhməzov 1951-ci il yanvar ayının 10-da Səlyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına «Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat» institutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir. 1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır. F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu  vəzifədən azad edilmişdir.

AZƏRBAYCAN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ
1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul