az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Milli təhlükəsizlik orqanları – 90
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə

Hörmətli milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları!

Sizi Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dövlətçiliyimizin əsas dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Sonrakı dövrdə Sovet İttifaqının dövlət siyasətini həyata keçirən təhlükəsizlik orqanları milli dəyərlərə və belə dəyərlərin daşıyıcıları olan insanlara qarşı repressiv qurum kimi çıxış etdi.

Ümummilli liderimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması və özünüdərkinin dirçəldilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirdi.

1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların tüğyan etməsi ilə, ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyinin doğurduğu problemlərlə üzləşdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə siyasi rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən xilas etdi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına nail oldu, demokratik, hüquqi dövlətin möhkəm bünövrəsini qoydu.

Milli maraqların qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə alaraq, onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndərimiz müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etdi, xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirdi, kadr potensialının daim yeniləşdirilməsi və gücləndirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etdi.

Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin Azərbaycanın həyati maraqlarına qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınması, ölkəmizin daxili və xarici siyasətini həyata keçirmək üçün əlverişli şərait yaradılması məqsədi ilə təhlükəsizlik orqanlarının gördükləri tədbirlər, qlobal informasiya məkanında erməni təcavüzünə qarşı apardıqları işlər, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daha səmərəli və sistemli xarakter almışdır.

Qloballaşma proseslərinin ümumi sülh və təhlükəsizlik üçün doğurduğu təhlükələr milli təhlükəsizlik orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini və demokratik sabitliyi təmin etmək, terrorçuluğa, dini ekstremizmə və separatçılığa qarşı mübarizə sahəsində fəaliyyəti daha səmərəli şəkildə təşkil etmək kimi mühüm vəzifələr qoyur.

XXI əsrin çağırışlarına vaxtında və effektiv cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli iş görülmüşdür və dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcəkdir. Bu isə öz növbəsində milli təhlükəsizlik orqanlarının məsuliyyətini daha da artırır.

Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, milli dövlətçilik ruhunda tərbiyə edilən zabitlərimiz vətənimizə hədsiz sədaqət, vətənpərvərlik, igidlik nümayiş etdirəcəklər.

Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir, dövlətimizin təhlükəsizliyinin təmin olunması və qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

İLHAM ƏLİYEV
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Bakı şəhəri,
28 mart 2009-cu il.

Milli təhlükəsizlik orqanları – 90
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş mərasim keçirilmişdir (“AzərTAc”, 03.04.2009)
Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul etmişdir
Xalqa və dövlətə şərəfli xidmət missiyası (“Azərbaycan” qəzeti, 30.03.2009)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasından 90 il ötür (“AzərTAc”, 28.03.2009)
Ağcabədidə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 28.03.2009)
Şəkidə təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir (“AzərTAc”, 26.03.2009)
Astarada milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir (“AzərTAc”, 26.03.2009)
Azərbaycanın ilk təhlükəsizlik orqanlarının yaranması tarixi zərurət idi (“Respublika” qəzeti, 21.03.2009)
Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir (“Azərbaycan” qəzeti, 21.03.2009)
Milli təhlükəsizlik orqanlarının inkişafı Heydər Əliyevin adi ilə bağlıdır (“AzərTAc”, 20.03.2009)
Sumqayıtda təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilir (“AzərTAc”, 20.03.2009)
Gəncədə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi qeyd edilmişdir (“AzərTAc”, 20.03.2009)
Şəxsiyyət və zaman (“525-ci qəzet”, 18.03.2009)
Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir (“AzərTAc”, 16.03.2009)
Həqiqətin zəfər çalması üçün bütün qüvvə və vasitələr səfərbər olunmalıdır (“Azərbaycan” qəzeti, 14.03.2009)
Vətənpərvərlik və yüksək peşəkarlıq Heydər Əliyev məktəbindən qaynaqlanır (“Azərbaycan” qəzeti, 06.03.2009)
Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi bazasının möhkəmləndirilməsi milli maraqların etibarlı qorunmasının vacib şərtidir (“Azərbaycan” qəzeti, 28.02.2009)
Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi xidmətin yüksək səviyyədə qurulmasının rəhnidir (“Azərbaycan” qəzeti, 20.02.2009)
Ümummilli lider Heydər Əliyevin həyat fəlsəfəsi və peşəkarlıq məktəbi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas prinsipləridir (“Azərbaycan” qəzeti, 13.02.2009)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları (“Azərbaycan” qəzeti, 07.02.2009)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə