az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında

Həmin gün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında “Şöhrət” muzeyinin də açılışı olmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərə həsr olunmuş muzeyin zövqlə və müasir dizaynla tərtib edilmiş stendlərində 1998-ci il dekabrın 1-də Heydər Əliyevin Akademiyanın yaradılması haqqında imzaladığı Sərəncam, Akademiyaya Heydər Əliyevin adının verilməsi barədə Prezident İlham Əliyevin 2005-ci il 20 dekabr tarixli Fərmanı, müxtəlif fotoşəkillər, materiallar, ilk dəfə təqdim olunan arxiv sənədləri nümayiş etdirilir.

Burada ulu öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyətinə dair guşə böyük maraq doğurur. Eyni zamanda, onun uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla da tanış olmaq mümkündür.
 
Muzeydə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi dövrə aid hərbi geyimi, kabinetində olan əşyalar, ona verilmiş hədiyyələr, mükafatlar, ümumiyyətlə, ulu öndərlə bağlı minə yaxın eksponat toplanmışdır. Bundan sonra da yeni sənədlərlə zənginləşəcək muzeydə ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən salon, rəsmi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans salonu, arxiv, fond fəaliyyət göstərir. Muzeydə xalqımızın ümummilli liderinin büstü də qoyulmuşdur.
 
Prezident İlham Əliyev muzeylə yaxından tanış oldu, ayrı-ayrı fotoşəkillərə, arxiv sənədlərinə, ümummilli liderimizin təltif olunduğu orden və medallara, əbədiyaşar Prezidentin iş otağının eksponatlarına maraqla baxdı.Muzeylə tanışlıqdan sonra dövlətimizin başçısı fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

“Heydər Əliyev muzeyinin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Gənc yaşlarından öz taleyini təhlükəsizlik orqanları ilə bağlayan Heydər Əliyev ən yüksək zirvələri fəth etmişdir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi bütün dünyada böyük hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Prezidenti kimi ölkəmiz üçün həlledici, taleyüklü anlarda həmişə cəsarət, müdriklik, vətənpərvərlik nümayiş etdirmişdir. Onun həyat və fəaliyyəti hamımız üçün örnəkdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Eyni zamanda, təhlükəsizlik orqanlarında işlədiyi dövr bizim üçün həmişə çox əziz idi. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, general rütbəsi almış ulu öndər Azərbaycanda təhlükəsizlik orqanlarının formalaşmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır.

Bu gözəl muzeyi yaradanlara öz təşəkkürümü bildirirəm. Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarına dövlət maraqlarımızın qorunmasında yeni uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2006-cı il”.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş bayrağının təqdim olunması mərasimi
Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında
Akademiyanın inzibati-binası və tədris kompleksi ilə tanışlıq
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun çıxışı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına orden və medallarının, həmçinin təzə mənzillərin orderlərinin təqdim edilməsi