az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TERRORİZMLƏ MÜBARİZƏ
Beynəlxalq təşkilatlar və Azərbaycan
Erməni terrorizmi
Hava nəqliyyatında törədilmiş terror aktları

1. 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun quqark şəhərinin yaxınlığında «Stinqer» raketi ilə vurulmuşdur. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdır. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.

2. 20 noyabr 1991ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları  tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

3. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur.

4. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur.


Həlak olanlar: 176 nəfər

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI
Sərnişin avtobuslarında törədilmiş terror aktları
Sərnişin və yük qatarlarında törədilmiş terror aktları
Hava nəqliyyatında törədilmiş terror aktları
Bakı metropolitenində törədilmiş terror aktları
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı
Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları
Mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları