az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TERRORİZMLƏ MÜBARİZƏ
Beynəlxalq təşkilatlar və Azərbaycan
Erməni terrorizmi
MÜLKİ VƏ DÖVLƏT OBYEKTLƏRİNƏ QARŞI TÖRƏDİLMİŞ TERROR AKTLARI

1. 20 sentyabr 1989-cu il tarixdə ermənilər  Zod mədəninin Kəlbəcər rayonu  Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanmış və həmin dövrdə dövlətə 28929 manat ziyan vurulmuşdur.

2. 7 oktyabr 1989-cu il Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay çayı üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Amramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.

3. 4 yanvar 1991-ci ildə Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran Ağdam yolunda körpünü partlatmışdır. Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək mümkün olmamışdır.

4. yanvar 1990-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Sədərək qəsəbəsində şərab zavodu partladılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər qətlə yetirilmiş, 23 nəfər yaralanmışdır.

5. 15 sentyabr 1990-ci il Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılmış, 2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəyyən edilməmişdir.

6. 12 yanvar 1991-ci ildə «Yevlax-Laçın» avtomobil yolunun 13-cü kilometrində 547 saylı hərbi hissəyə məxsus «UAZ» markalı avtomaşına silahlı basqın edilmiş, SSRİ DİN polkovniki V.Qriqoryev həlak olmuş, əsgər O.Konovalov yaralanmışdır.

7. 28 aprel 1991-ci ildə Şuşa şəhərində 2 beş mərtəbəli bina dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanmışdır.

8. 11 oktyabr 1991-ci ildə Şuşa rayonun Nəbilər kəndi yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər partladılmışdır.

Həlak olanlar: 10 nəfər

Yaralananlar: 30 nəfər

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI
Sərnişin avtobuslarında törədilmiş terror aktları
Sərnişin və yük qatarlarında törədilmiş terror aktları
Hava nəqliyyatında törədilmiş terror aktları
Bakı metropolitenində törədilmiş terror aktları
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı
Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları
Mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları