|
Təşəkkür Məktubu
Çox hörmətli Eldar müəllim!
Sizə bu məktubu ünvanlayan Azərbaycan televiziyasının sabiq əməkdaşı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindən Həsən Həziyevdir. Mən bir neçə il bundan öncə, daxili işlər orqanlarında çalışdığınız zaman Sizin qəbulunuzda olmuşam. O, zaman şəxsinizdən gördüyüm qayğı və hörmətə görə Sizə çox sağ olun deyirəm.
Cənab Nazir!
Mənzillərində su çatışmazlığından əziyyət çəkən Şahtaxtı kənd sakinlərinin müvafiq probleminin həllində köməkliyinizi xüsusi vurğulamaq istəyirəm. Məhz Sizin qayğınız nəticəsində cari ilin 19 mart tarixində Şahtaxtı kəndinin 27 ailəsinin mənzili su ilə təchiz olundu. Su həyatdır, dirçəlişdir sevincdir!
Mən bu təşəkkür məktubunu yalnız özümün deyil, Sizə minnətdar olan kəndimizin bütün sakinləri adından böyük məmnunluq hissi ilə yazıram.
Sizə və ailənizə can sağlığı, Vətənimizin təhlükəsizliyinin təminatı işində uğurlar arzulayıram!
Hörmətlə, Şahtaxtı kənd sakinləri adından Həsən Həziyev 26 mart 2007-ci il
|