az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
MTN HAQQINDA
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri
Nazirliyin qarşısında duran vəzifələr
Milli qəhrəmanlar
Tibbi xidmət
Tibbi xidmət

MTN Hərbi-tibb İdarəsinin Poliklinikası

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi-tibb İdarəsi (HTİ) nazirliyin hərbi qulluqçularının, təqaüdçülər və onların ailə üzvlərinin, əməkdaşların sağlamlığının qorunması istiqamətində kompleks müalicə-profilaktik, əksepidemik və sanitar-gigiyenik tədbirləri həyata keçirən təsisatdır.

HTİ-nin poliklinikası MTN əməkdaşlarına yüksək ixtisaslaşdırılmış, konsultativ və müalicə yardımının göstərilməsini, sağlamlaşdırıcı istirahət və sanatoriya-kurort müalicəsinin təşkilini, xidmətə qəbul edilməsi nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq dərəcəsini, habelə vətəndaşların xəsarətlərinin, xəstəliklərinin xidmət keçmələri ilə səbəbli əlaqəsinin təyin edilməsini həyata keçirir.

MTN poliklinikası nazirliyin hərbi qulluqçularına, əməkdaşlarına, təqaüdçülər və onların ailə üzvlərinə ambulator-poliklinik xidmət göstərilməsi ilə yanaşı ev şəraitində də tibbi yardımı, ehtiyac olduğu təqdirdə yüksək ixtisaslı mütəxəssislərin məsləhətini, stasionar müalicəni təmin edir.

MTN Hərbi-tibb İdarəsinin
Poliklinikası (foye)

MTN HTİ hərbi qulluqçu və əməkdaşların sağlamlığına, xidmət və əmək qabiliyyətinə təsir göstərən xarici mühitin zərərli amillərinin aradan qaldırılmasına yönəldilmiş sanitar-gigiyenik və əksepidemik fəaliyyəti icra edir, onların xidmət, iş, məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür.

MTN HTİ hərbi qulluqçu və əməkdaşların, təqaüdçülərin ailə üzvlərinin vaxtaşırı dispanserizasiyasını təşkil edir, xəstəliklərin vaxtında aşkar edilməsi, müalicəsi və profilaktikası üçün tibb elminin son nailiyyətlərindən istifadə edir. HTİ poliklinikası əməkdaşların fiziki və döyüş hazırlığı məşğələlərində, kütləvi idman tədbirlərində tibbi nəzarət işini təşkil edir.

HTİ poliklinikası MTN obyektlərində, habelə nazirliyin təminatı üçün alınan məhsullara (texniki avadanlıq, əşya, geyim, ərzaq və sair) sanitar nəzarətin həyata keçirilməsini, onların istifadəyə yararlılığını, keyfiyyət və gigiyena sertifikatının öyrənilməsini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti və nazirlik rəhbərliyinin qayğısı sayəsində, son illər MTN poliklinikasında tibbi xidmətin və poliklinikanın fəaliyyətinin təkmilləşdirilməsi üçün müasir tibbi avadanlıqları, diaqnostik cihazlar alınmış, əsaslı təmir-tikinti işləri nəticəsində əməkdaşların gündəlik iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.

Diaqnostikanın, müalicə və profilaktikanın yüksək səviyyədə keçirilməsi üçün MTN poliklinikası müasir tipli müxtəlif rentgen, laborator, fizioterapevtik, stomatoloji, endoskopik, USM, elektrokardioqrafik, elektroensefaloqrafik avadanlıqlarla təmin olunub. Poliklinikada yeni su ilə müalicə şöbəsi fəaliyyətə başlayıb.

MTN poliklinikasında aşağıda sadalanan tibbi xidmətlər göstərilir:

LOR kabineti

 - Terapevtik, pediatrik, cərrahi, nevroloji, dermatoloji, oftolmaloji, ginekoloji, stomatoloji, otolorinqoloji, psixiatrik;

Rentgen otağı

 - Rentgenoloji - kompüter diaqnostikalı rentgen flüroqrafik müayinə, rentgenoqrafik və rentgenoskopik müayinələr;

Su ilə müalicə kompleksi

 - Fizioterapevtik - su ilə müalicə kompleksi, hidrokolon, onurğa sütununun quru və sualtı dartması, masaj.

Fizioterapiya otağı

MTN HTİ tərəfindən göstərilən tibbi xidmətin əhatəsi qeyd olunanlarla məhdudlaşmır. Belə ki, 2003-2006-cı illər ərzində, ildə bir dəfə Yevlax rayon «Aran» EKO qəsəbəsində məskunlaşan Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərə tibbi yardımın göstərilməsi məqsədilə həkim-mütəxəssislərin (cərrah, terapevt, nevropatoloq, ginekoloq, EKQ müayinə) müvafiq məntəqəyə ezam olunmuş, düşərgə sakinləri tibbi müayinədən keçirilmişdir. Düşərgənin tibb məntəqəsinə və eyni zamanda MTN Poliklinikasına müraciət edən qaçqın və məcburi köçkünlər bir sıra zəruri dərman preparatları və digər tibbi ləvazimatlarla təmin edilmişlər. Ümumiyyətlə, müvafiq iş çərçivəsində 2004-2005-ci illər ərzində 8 nəfər, 2006-cı ildə 22 nəfər, 2007-ci ildə isə 2 nəfər MTN poliklinikasında kliniki, laborator, instrumental müayinədən keçmişdir. 11 nəfərə ambulator müalicə təyin edilmiş, onlardan 1 nəfər ortodontik aparatla, 1 nəfər eynəklə təmin olunmuşdur. 18 nəfər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və digər xəstəxanalarda stasionar müalicəyə yerləşdirilmiş, onlardan 10 nəfər cərrahi əməliyyat olunmuş, 5 nəfər isə «Naftalan» Sağlamlıq Mərkəzində müalicə almışdır.