az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz

— Həyatda hər cür çətinliklə rastlaşmışam. Lakin ümidimi itirməmişəm. Bədbinliyə qapılmaq aciz adamların işidir. İçimdəki daxili güc mənə çətinlikləri dəf etməkdə həmişə kömək olub. Övladlarıma, dostlarıma, birgə işlədiyim insanlara da nikbin olmağı, heç vaxt ümidlərini itirməməyi tövsiyə etmişəm. Həyatda əldə etdiyim uğurlarda bu keyfiyyətlər mənə çox kömək olub. Uşaqlıqdan vurğunu olduğum bir peşənin sahibinə çevrilib, dövlət təhlükəsizlik orqanlarında çalışmağım məni daha da mətinləşdirib, həyata açıq gözlə baxmağa, yalnız və yalnız həqiqəti, ədaləti müdafiə etməyə çağırıb...

Əfras müəllim bu sözləri deyəndən sonra yaşına uyğun olmayan bir çevikliklə ayağa qalxıb, bir neçə albom gətirdi. İllərə uyğun olaraq ardıcıl və səliqə ilə düzülmüş şəkillər olan albomu birgə vərəqlədik. Vərəqlədikcə köhnə xatirələr çözələndi. Əfras müəllimlə birgə həmin günləri mən də yenidən yaşadım. O, uşaqlıq və gənclik illərindən, təhlükəsizlik orqanlarında işlədiyi vaxtlardan həvəslə söz açdı. Həyatının 30 ilinə yaxın bir dövrünü dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr edən, həyatda qazandığı bütün nailiyyətləri bu orqanın adı ilə bağlayan Əfras Qasımov söhbətə lap uzaqlardan başladı:

— 1922-ci il oktyabr ayının 15-də Saatlı rayonunda anadan olmuşam. Ailədə 3 qardaş, 3 bacı idik. Kasıb yaşayırdıq. Yadımdadır, 10-12 yaşım olardı. Kənddən bin neçə kilometr uzaqlıqda yerləşən meşəyə gedib odun yığar, gətirib satardım. Bunun müqabilində cüzi pul alsam da atama kömək etməyimə, evə qazanc gətirməyimə görə daxilən qürur duyurdum. Sakit və mehriban bir ailəmiz vardı. Qəfil başlayan müharibə evimizin şən və sakit növrağını pozdu. Gülüş əskik olmayan evimizə kədər çökdü. Müharibə hamı kimi bizi də sarsıtdı, içimizi qəzəb və intiqam hissi ilə doldurdu. İndi biz də hamı kimi Vətənimizi faşist işğalçılarından azad etmək haqqında düşünür, düşmənin burnunu ovmaq üçün yollar arayırdıq. Uşağın, cavanın, qocanın, qadının, bir sözlə, hamının üz-gözündən düşmənə qəzəb, nifrət yağırdı. Yaşından asılı olmayaraq hamı Vətəni müdafiə etməyə can atırdı. Yaşları hərbi xidmətə uyğun gəlməyən uşaqlar günlərlə hərbi komissarlığın qapısını kəsdirir, könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirirdilər. Anam, bacılarım, qonum-qonşular, qohumlar gecə-gündüz bilmədən əsgərlər üçün corab, şərf, əlcək toxuyurdular. Evlərində olan qiymətli əşyaları tərəddüd etmədən cəbhəyə yardım fonduna keçirirdilər. Anam namaz qılıb, oruc tutan qadın idi. Gecə-gündüz əlləri göydə müharibənin tezliklə bitməsi, gedənlərin sağ-salamat qayıtması üçün dualar edərdi.

Həmin qanlı-qadalı illərdə gənc Əfras da yaşıdlarından geri qalmır. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı onun həyat devizinə çevrilir. O, 1942-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Müharibənin odlu-alovlu günlərini görür. 1946-cı ildə isə ordudan tərxis olunur. Müharibədən qayıdandan sonra Sabirabad Rayon Prokurorluğunda işləyir və qiyabi yolla təhsilini davam etdirir. Respublika Ədliyyə Nazirliyinin nəzdindəki hüquq texnikumunu, sonra isə ADU-nun hüquq fakültəsini bitirir.

1952-ci ilin fevralında Əfras müəllimin arzuları gerçəkləşir. Onu DTK-da işləməyə dəvət edirlər. 1953-54-cü illərdə DTK-nın Kiyev şəhərindəki birillik kursunu bitirir. 1978-ci ilədək dövlət təhlükəsizlik orqanlarında çalışır. Mayor rütbəsində təqaüdə çıxır.

Əfras Qasımov təhlükəsizlik orqanlarında işləyərkən dəfələrlə fəxri fərmanlar və dövlət mükafatları ilə təltif edilir. 1978-ci ildə Salyan Rayon Məhkəməsinin sədri seçilir və 1988-ci ilədək bu vəzifədə çalışır. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq tapşırılan işə məsuliyyətlə yanaşması ona həmişə uğur qazandırır.

Söhbət əsnasında Əfras Qasımov torpaqlarımızın erməni təcavüzünə məruz qalmasını da ürək ağrısı ilə qeyd etdi. Həmişə müharibədən söhbət düşəndə uşaqlarıma deyirdim ki, bu günlərin qədrini bilin. Şükür edin ki, müharibənin nə olduğunu bilmirsiniz. Onlara müharibənin dəhşətlərindən, törətdiyi fəlakətlərdən danışırdım. Heç ağlıma da gətirməzdim ki, müharibədən 50 il keçəndən sonra, yaşımın ahıl çağında torpaqlarımız erməni qaniçənlərinin işğalına məruz qalacaq, həmvətənlərimiz doğma ocaqlarından didərgin düşəcəklər. Qədim Oğuz yurdu olan İrəvanda bir nəfər də azərbaycanlı qalmayacaq. Qarabağımızın bağrına çalın-çarpaz dağlar çəkiləcək. İşğal olunmuş torpaqlarımız yad təpiklər altında qalacaq. Xocalı müsibəti yaşanacaq. Minlərlə oğul və qızlarımız silaha sarılıb doğma torpaq uğrunda mübarizəyə qalxacaq, say-seçmə oğullarımız "Vətən sənə dəyən güllə mənə dəysin", deyib, ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalacaqlar. Görünür, bu da başıbəlalı Azərbaycanın və azərbaycanlıların taleyidir. Amma onu da unutmayaq ki, Azərbaycanın çox qeyrətli vətənpərvər, düşmənə layiqli cavab verməyi bacaran oğulları var. Həmin oğullar işğal olunmuş torpaqlarımızı düşməndən təmizləməyə, azad etməyə qadirdirlər.

Əfras müəllim uzun illər bir sistemdə çalışdığı, sonralar respublikanın başçısı olmuş ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən də söz açdı:
Heydər Əliyevin DTK sədrliyindən Mərkəzi Komitənin birinci katibi vəzifəsinə irəli çəkilməsi indiki kimi yadımdadır. Onun təhlükəsizlik orqanlarını tərk etməsi bütün əməkdaşları mütəəssir etmişdi. Amma qəlbimizi bir qürur, fərəh hissi çuğlamışdı. Heydər Əliyev təhlükəsizlik orqanı işçilərinə çox etibar edirdi, onlara özü qədər inanırdı. Bax, onun bu inamına, etibarına görə, biz bütün qüvvəmizi səfərbər edib, tapşırılan işi yüksək peşəkarlıqla yerinə yetirməyə çalışırdıq.

Əfras müəllim deyir ki, təhlükəsizlik orqanlarında xidmətim mənə çox şey öyrədib. Səbr, təmkin, düzgünlük, analitik təhliletmə kimi keyfiyyətləri məhz bu orqanda öyrənmişəm. Ona görə həyatda qazandığım bütün uğurlara görə bu təşkilata borcluyam.

İndi də özümü həmin orqandan kənar hiss eləmirəm. Mətbuatda MTN haqqında gedən yazıları, televiziyalardakı verilişləri diqqətlə izləyirəm. Burada işləyən hər bir əməkdaş mənim üçün doğmadır. Onların əldə etdikləri nəticələr məni də sevindirir. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dövlətçiliyimizin təhlükəsizliyi yönündə apardığı mübarizəni alqışlayıram. Ötən il adam oğurluğu ilə bağlı cinayətkar dəstənin MTN tərəfindən ifşa edilməsi çox böyük bir hadisədir.

Bu gün milləti, torpağı sevmək, əsirlikdə qalan torpaqlarımızı, qız-gəlinlərimizi azad etmək günüdür. Şəxsi mənafe və şəxsi münasibətlər üçün milləti əzmək, onu məhv etmək olmaz. Biz bu gün öz işimizlə Prezident İlham Əliyevə dayaq olmalıyıq. Gənc, müstəqil dövlətimizin möhkəmlənməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik. Dövlətçiliyimizə zərbə vurmağa çalışan hər bir kəs ən ağır cəzaya məhkum olunmalıdır. Belələrini bağışlamaq olmaz.
Bu gün hüquq-mühafizə orqanları əməkdaşları, dövrümüzün siyasətçiləri Heydər Əliyev məktəbindən dərs almalı, onun zəngin mənəvi irsini öyrənməlidirlər. Bunu bizim milli mənafeyimiz tələb edir. Elə böyük insanlar var ki, tarix yaradırlar. Heydər Əliyev də elə nəhəng şəxsiyyətlərdən idi. Onun dühası Azərbaycanda müasir, hüquqi, demokratik, dünyəvi bir dövlət qurmağa nail oldu. İndi bu dövləti inkişaf etdirmək, Heydər Əliyevin ideyalarını həyata keçirmək bizim vəzifəmizdir.

Xatirə TAĞIYEVA
Xalq Qəzeti
15 iyul 2006

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)