|
Pakistanlı istefada olan polkovnik Masud Axtar Şaixin müəllifi olduğu kitab "erməni məsələsi"nin tarixi-faktoloji prizmadan nəzərdən keçirilməsi baxımından diqqətə layiqdir. Kitabın ayrı-ayrı fəsil və paraqraflarda ermənilərin tarixi keçmişi, Osmanlı İmperiyasının ərazisində mövcudluğu və sosial statusu, türk-rus-erməni sərhədlərinin delimitasiyası tarixinin detalları, "erməni məsələsi"nin gündəmə gətirilməsi və zamanla qızışdırılmasında xarici qüvvələrin rolu və niyyətləri işıqlandırılır. Həmçinin erməni terror təşkilatlarının tarixi və fəaliyyəti, törədilmiş terror aktlarının xronologiyası, ermənilərin Türkiyə dövlətinə qarşı uydurma "soyqırım" iddiaları və erməni müəllifləri tərəfindən tarixin saxtalaşdırılması, ermənilərin Türkiyə (Yeşilyayla, Van, Qars, Bitlis və Muşda) ərazisində həyata keçirdiyi kütləvi qırğın aktları, Qərb ölkələrində türk diplomatlarının qətlə yetirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticələri, Xocalı soyqırımı, uydurma erməni təbliğatı kimi məsələlər də araşdırılır. Kitab ingilis dilində nəşr edilmişdir.
|